Son günlər yağan yağıntılar nəticəsində dağ çaylarının suyu artmışdır
Bakı, 13 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, son günlər yağan yağıntılar nəticəsində dağ çaylarında suyun artımı müşahidə olunmuşdur.
Balakən-Şəki bölgəsində çayların sululuğu ongünlük normanın 120-260, Quba-Xaçmaz bölgəsində 135-170, Kiçik Qafqaz çaylarında 150, Lənkəran-Astara bölgəsi çaylarında 80-125 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 133 kubmetr/saniyə (ongünlük normanın 83 faizi), Qanıx çayının Əyriçay məntəqəsində isə 70 kubmetr/saniyədir (ongünlük normanın 104 faizi).
Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində ötən günlərə nisbətən azalma müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]