Son iki həftə ərzində Şahdağ Milli Parkında dörd zubr balası dünyaya gəlib
İsmayıllı, 20 iyun, Leyla Muradzadə, AZƏRTAC
Son iki həftə ərzində Şahdağ Milli Parkının İsmayıllı bölməsində dörd zubr balası dünyaya gəlib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva deyib.
O, 2010-cu ildən etibarən ölkəmizdə bir sıra həssas, sayı azalmaqda olan növlərin reintroduksiyası layihələrinə başlanıldığını deyib: "2019-cu ildən etibarən bura Fransa, Belçika və Almaniyadan 36 baş Avropa zubru gətirilib. Zubrlar bir müddət qapalı volyer şəraitində saxlanıldıqdan sonra onlar vəhşi təbiətə buraxılıblar. Hazırda zubrların sayında artım müşahidə olunaraq ümumi sayı 45 başa çatıb".