Şri-Lankada yanvarda denge virusuna 10 mindən çox yoluxma qeydə alınıb
Pekin, 3 fevral, AZƏRTAC
Şri-Lankada yanvar ayında denge virusuna 10 min 417 yoluxma, virusun səbəb olduğu qızdırmadan isə 4 ölüm qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Şri-Lankanın denge virusunun yayılmasına nəzarət qurumu açıqlama yayıb.
Ən çox yoluxma ölkənin qərb regionunda qeydə alınıb. Səlahiyyətli qurumlar əhalini xəbərdar edərək, virusdan fərdi və kütləvi mühafizə tədbirlərinə diqqət yetirməyə çağırıb. Ölümcül virusun yayılmasının qarşısını almaq üçün ağcaqanadların toplaşa biləcəyi məkanların təmizlənməsi üçün xüsusi qruplar yaradılıb.
Şri-Lankada ötən il bu virusa 88 mindən çox yoluxma, 57 ölüm qeydə alınıb. Ekspertlər hesab edirlər ki, yanvar ayındakı dinamika davam edərsə, il ərzində yoluxma və ölüm sayı ötən illərdən çox olacaq.
Qeyd edək ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge xəstəliyi virus infeksiyasıdır. Əlamətləri yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları olan xəstəliyin əsas daşıyıcıları “Aedes aegypti” ağcaqanadlarıdır. Ümumdünya Səhiyyə Təşkilatı sürətlə yayılan denge xəstəliyini insan səhhəti üçün ən böyük təhdidlər siyahısına salıb. İndiyə qədər bu virus əleyhinə xüsusi dərman mövcud deyil. Virusun XVIII əsrdən yayılmağa başladığı güman olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]