Stoltenberq: NATO ölkələri ukraynalı pilotların F-16 üçün hazırlanması planını təsdiqləyib
Bakı, 11 iyul, AZƏRTAC
NATO ölkələri ukraynalı pilotların F-16 üçün hazırlanması planını təsdiqləyib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə keçirilən sammitin birinci gününün yekunları ilə əlaqədar təşkil olunan mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, indi əsas məsələ Ukraynanın silah və sursat tədarükünə zəmanət verməklə onun bu müharibədə qalib gəlməsi üçün bütün lazım olanı etməkdir. Ukrayna demokratik və müstəqil ölkə kimi qalmasa, təhlükəsizlik zəmanətini müzakirə etmək və ya NATO-ya üzv olmaq üçün heç bir əsas olmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [23:04]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]