Stolüstü tennisçilərimiz Avropa çempionatının finalına yüksəliblər
Bakı, 19 iyul, AZƏRTAC
Rumıniyanın Kluj-Napoka şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, 44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda oğlanlardan ibarət komandamız çempionatın 1/8 mərhələsi ilə kifayətlənməli olub. Qızlardan ibarət yığmamız isə 1/4 finalda Almaniya yığmasına, yarımfinalda isə Fransa yığmasına qalib gələrək finala vəsiqə qazanıb. Qızlardan ibarət komandamız finalda Rusiya yığması ilə görüşəcək.
Xatırladaq ki, 2017-ci ildə Avropa çempionatında gənclər arasında qızlardan ibarət yığmamız komanda hesabında üçüncü yer tutaraq bürünc medal, şəxsi yarışlarda isə qız tennisçimiz qızıl medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]