Stolüstü tennisçilərimiz Qazaxıstana yollanıblar
Bakı, 25 yanvar, AZƏRTAC
Stolüstü tennisçilərimiz Qazaxıstanın Çimkənd şəhərində təşkil olunacaq "Shimkent cup" turnirində iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, yanvarın 26-da start veriləcək yarışda böyüklərlə yanaşı, yeniyetmə idmançılar da güclərini sınayacaqlar. Yığma komandanın əsas məşqçisi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi altında Qazaxıstana 8 idmançı yollanıb.
Həm şəxsi, həm də qoşa yarışlarda Vəzir Allahverdiyev, Nihad Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova mübarizə aparacaqlar.
Beynəlxalq turnirə yanvarın 29-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]