Sülhməramlıların 4 avtomobilinin aksiya ərazisindən keçidinə şərait yaradılıb
Şuşa, 8 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Həmişə olduğu kimi, ekoaksiyanın 118-ci günündə də Rusiya sülhməramlılarına aid avtomobillər Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən sərbəst hərəkət edirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətində hərəkət edən sülhməramlılara məxsus 4 yük avtomobilinin aksiya ərazisindən sərbəst keçidi təmin olunub. Səhər saatlarında ümumilikdə Rusiya sülhməramlılarının 5, Beynəlxalq Qırmızı Xaç Komitəsinin isə 10 avtomobili aksiya ərazisindən keçib.
Bu, bir daha onu göstərir ki, aksiya heç də siyasi xarakter daşımır və Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır.
Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.