Sülhməramlıların növbəti avtomobil karvanı aksiya ərazisindən keçdi
Şuşa, 10 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində təşkil olunan ekoloji aksiya ərazisindən maneəsiz hərəkət edirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 2 minik, 8 təminat-təchizat avtomobilinin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib.
Qeyd edək ki, gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarının 56, BQXK-nin isə 6 avtomobili keçib. Bu, bir daha onu göstərir ki, ərazidən hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.