Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sülhü və qələbəni qazandıran lider - Prezident İlham Əliyevin Vaşinqton triumfu ŞƏRH

Sülhü və qələbəni qazandıran lider - Prezident İlham Əliyevin Vaşinqton triumfu  ŞƏRH

Bakı, 11 avqust, AZƏRTAC

2020-ci ilin 44 günlük Vətən müharibəsində parlaq Qələbə ilə başlayan zəfər marafonu, tarixi hədəflərimiz uğrunda müqəddəs mübarizə Vaşinqtonda diplomatik triumfla davam etdi. Bu böyük uğurun əsasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti və birləşdirici gücü dayanırdı. Lakin müharibədə qazanılan Zəfər təkcə başlanğıc idi…

AZƏRTAC xəbər verir ki, bunu Əməkdar jurnalist Anar Yusifoğlu deyib.

“Prezident İlham Əliyev bu Zəfəri diplomatik masaya daşımağı bacardı. O, dünyaya bəyan etdi ki, güc yalnız ədalətə xidmət etməlidir və Azərbaycanın əldə etdiyi qələbə dayanıqlı sülh və sabitliyin yeganə təminatçısıdır. Prezident İlham Əliyev çağdaş dünya tarixinin həm döyüş meydanında, həm də diplomatik arenada qələbə və nüfuz qazanan azsaylı liderlərdəndir.

Səfərdən əvvəl ABŞ prezidenti Donald Tramp Prezident İlham Əliyevin “III Şuşa Qlobal Media Forumu”ndakı məzmunlu çıxışını yenidən paylaşdı. Bu, sadəcə dəstək deyil, Azərbaycanın və onun liderinin dünya siyasətində nə qədər böyük nüfuza malik olduğunu göstərən mühüm siqnal idi.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu səfərin mahiyyətini lakonik, özünəməxsus formada bir cümlə ilə belə şərh etdi: “Prezident İlham Əliyev müharibəni qazandı – indi isə sülhü qazanır”.

Bu sözlər Azərbaycanın tarixində dönüş nöqtəsini göstərir. Müharibədə Qələbə qazanan lider indi bütün Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün mühüm addımlar atır. Prezident İlham Əliyev bütün Cənubi Qafqaza sülh gətirir, sülhü qoruyur və regionu birləşdirir. Müharibələr, münaqişələrlə parçalanan regionu birləşdirmək, sülh gətirmək Prezident İlham Əliyevin tarixi missiyasıdır”, - deyə Əməkdar jurnalist vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqtonda keçirilən görüşlərdə Prezident İlham Əliyev Azərbaycanın gücünü, prinsipial mövqeyini və siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. O, açıq şəkildə bildirdi ki, Qafqaza sülhü Azərbaycanın gücü gətirir, Ermənistanla davamlı sülh isə yalnız ədalətin bərqərar olması ilə təmin edilə bilər. Prezident İlham Əliyev Paşinyana növbəti ciddi ev tapşırığını verməyi də unutmadı: artıq münaqişənin həlli sənədlərdə yox, reallıqda olmalıdır.

Donald Tramp isə Prezident İlham Əliyevə ən böyük qiymətini verdi. Azərbaycan liderinin uğurlarını yüksək qiymətləndirən amerikalı həmkarı ona rəğbətini yenidən ifadə etdi. Trampın gələcəkdə Nobel Sülh Mükafatı alacağı halda, bu tarixçədə Prezident İlham Əliyevin də adı əbədi olaraq qalacaq.

Anar Yusifoğlu hesab edir ki, Donald Trampın dövlətimizin başçısı İlham Əliyevə Ağ Evin rəmzi açarını - gücün və etibarın canlı simvolunu təqdim etməsi Azərbaycanın dünyada qazandığı gücün, hörmətin və nüfuzun ən parlaq ifadəsidir. Bu, Azərbaycanın və onun liderinin beynəlxalq siyasətdəki strateji rolunun ən parlaq təsdiqidir.

“Tarixi görüşün əsas qəhrəmanı əlbəttə ki, Prezident İlham Əliyev oldu. Onun, sadəcə, Azərbaycanın deyil, bütün regionun xarici təsirlərdən azad olmasını təmin etmək üçün siyasəti göz önündə idi. Mübaliğəsiz, Azərbaycan tarixində belə bir liderlik nümunəsi nadirdir - həm savaşda, həm də diplomatik masada qalib gəlmək insan və siyasətçi üçün ən çətin sınaqlardandır. Prezident İlham Əliyev həm güc, həm də çevik siyasi təfəkkürü ilə bu sınaqlardan şərəflə çıxmağı bacardı.

Vaşinqtonda diplomatik triumf Azərbaycanın qlobal siyasətdə mövqeyini daha da möhkəmləndirdi. İlham Əliyev Ali Baş Komandan kimi müharibənin, Prezident kimi sülhün qalibi olaraq tarixə düşdü. Onun rəhbərliyi ilə Azərbaycan artıq regional güc olmaqla yanaşı, dünya səhnəsində söz sahibi olan dövlətə çevrilib.

Bu, sıradan bir diplomatik qələbə deyildi, Vaşinqtonda İlham Əliyevin liderliyini bütün dünya bariz şəkildə gördü. Vaşinqtonda güclü, qüdrətli Azərbaycan göründü. Prezident İlham Əliyev Azərbaycanı ucaltdı, bizə bütöv və qüdrətli, dünyada qəbul edilən, eşidilən Azərbaycanı qorumağı və yaşatmağı öyrətdi”, - deyə jurnalist vurğulayıb.

O qeyd edib ki, dünya liderləri arasında da Prezident İlham Əliyevin nüfuzu, siyasi gücü və uzaqgörənliyi böyük hörmətlə qarşılanır. Prezident Donald Tramp açıq şəkildə bildirdi: “Siz böyük lidersiniz”. Bu, sadəcə, xoş sözlər deyildi, bu dünyanın Azərbaycana və onun liderinə səmimi etirafıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir