Azərbaycan Dövlət İnformasiya Agentliyi

SUMQAYIT ELEKTRİK STANSİYASI İSTİFADƏYƏ VERİLMİŞDİR
PREZİDENT İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

SUMQAYIT ELEKTRİK STANSİYASI İSTİFADƏYƏ VERİLMİŞDİR PREZİDENT İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR

Sumqayıt, 19 noyabr (AZƏRTAC). Noyabrın 19-da Sumqayıt Elektrik Stansiyasının açılışı olmuşdur.

Mərasimdə iştirak etmək üçün Sumqayıta gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sumqayıt Elektrik Stansiyasında dövlətimizin başçısını inşaatçılar, energetiklər və şəhər ictimaiyyətinin nümayəndələri hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev üzərində “Sumqayıt Buxar-Qaz Qurğusunun təməl daşı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. 12 avqust 2005-ci il” sözləri yazılmış təməl daşına baxdı.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, 2005-ci il avqustun 12-də təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş 525 meqavatlıq Sumqayıt Elektrik Stansiyası istismara hazırdır. Yeni stansiya şəhərin sosial-iqtisadi inkişafının perspektivi nəzərə alınmaqla 1 nömrəli Sumqayıt Elektrik Mərkəzinin ərazisində inşa edilmişdir.

Stansiyanın ərazisi 22 hektardır. Sahəsi 360 kvadratmetr olan yeni inzibati binada səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev inzibati binadakı muzeylə tanış oldu. Buradakı fotoguşələrdə Azərbaycan elektroenergetikasının sürətli inkişafında müstəsna əməyi olan ulu öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında xidmətlərindən, energetiklərlə görüşlərindən və müxtəlif tədbirlərdə iştirakından bəhs edən eksponatlar vardır. Bundan başqa, Prezident İlham Əliyevin respublikamızın energetika potensialının möhkəmləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində reallaşdırdığı ardıcıl və fundamental tədbirlər də buradakı fotoşəkillərdə dolğun əksini tapmışdır.

Sonra dövlətimizin başçısı avtobusla elektrik stansiyasının ərazisini gəzərək görülmüş işlərlə tanış oldu. Məlumat verildi ki, 10 min kvadratmetr sahəyə asfalt örtük döşənmişdir. Ərazidə 10 mindən çox dekorativ ağac və gül kolu əkilmiş, abadlıq işləri aparılmışdır. Qeyd olundu ki, Sumqayıt Elektrik Stansiyası müasirliyinə və ən son elmi-texniki yeniliklərin tətbiqinə görə inkişaf etmiş ölkələrdəki oxşar energetika qurğuları ilə eyni səviyyədədir. Stansiyanın güc və elektrik avadanlığı Almaniyanın “Siemens”, istilik avadanlığı isə Belçikanın “CMİ” şirkətlərinə məxsusdur. Tikinti-quraşdırma işlərini, əsasən, yerli mütəxəssislər həyata keçirmişlər.

Prezident İlham Əliyevə məlumat verildi ki, turbinlərdə işlənən buxarı soyutmaq üçün Xəzər dənizindən 1200 metrlik su xətti çəkilmiş, suqəbuledici kəmər, açıq suaxıdıcı kanal və nasos stansiyası tikilmişdir. Su xəttinin çəkilişində yüksək fiziki və kimyəvi xarakteristikaya malik borular xüsusi şüşə lifli plastik materialdan hazırlanmışdır. Qeyd olundu ki, belə borulardan respublikamızda ilk dəfə bu stansiyada istifadə edilmişdir. Stansiyanın təbii qazla təchizatı üçün 29 kilometr uzunluğunda kəmər çəkilmiş, qazpaylayıcı stansiya tikilmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, tikinti-quraşdırma işlərini Böyük Britaniyanın “Tayko”, Avstriyanın “Terpo”, Türkiyənin “Erpo” və Azərbaycanın “Azenko” şirkətləri yerinə yetirmişlər. Tikintinin texniki məsləhətçisi isə Finlandiyanın “AF Enprima” şirkətidir. Stansiyada 525 meqavat güc iki qaz və bir buxar turbini vasitəsilə alınır. Buxar turbinini buxarla təmin etmək üçün hər birinin məhsuldarlığı saatda 300 ton olan iki buxar qazanı inşa olunmuşdur. Bu energetika qurğusunda ən müasir avadanlıq quraşdırıldığından 1 kilovat-saat elektrik enerjisinin istehsalı üçün 0,2 kubmetr təbii qaz və ya 235 qram şərti yanacaqdan istifadə edilir. Stansiyanın faydalı iş əmsalı 52,8 faizdir. Bu, müasir elektroenergetikada ən yüksək göstəricidir və nəticədə əvvəlki nəsil stansiyalarla müqayisədə xeyli təbii qaza qənaət olunur. Stansiyanın işləməsi üçün qazın 26 bar təzyiqdə verilməsi kifayətdir. Həmin qurğuda ildə 4 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal etmək mümkündür. Bildirildi ki, Sumqayıt Elektrik Stansiyası şəhərin 60 illik yubileyinə mühüm töhfə olmaqla bərabər, Sumqayıt və Abşeron yarımadasının enerji təhlükəsizliyində önəmli rol oynayacaqdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, tikintidə çalışmış min nəfərdən çox işçinin əksəriyyətini yerli əhali təşkil etmişdir. Təxminən 250 nəfər isə stansiyada daimi işlə təmin olunacaqdır.

Dövlətimizin başçısı stansiyanın 220 və 110 kilovoltluq yarımstansiyaları, həmçinin idarəetmə sistemi ilə tanış oldu. Qeyd edildi ki, stansiyada istehsal olunacaq elektrik enerjisini şəbəkəyə ötürmək üçün hər birinin uzunluğu 6,5 kilometrə çatan və 300 meqavat yük daşıya bilən 220 kilovoltluq “Sənaye qovşağı” və “Yaşma” hava xətləri ilə yanaşı, 110 kilovoltluq 7 elektrik xətti də çəkilmişdir. Bu qurğu tam avtomatlaşdırılmış T-3000 sistemi vasitəsilə idarə olunacaqdır. Bu stansiyanın mükəmməlliyini “Azərenerji”nin Dispetçer Mərkəzindən birbaşa idarə edilməsinin mümkünlüyü də təsdiq edir.

Qeyd olundu ki, istismar və xidmət heyəti yerli kadrlardan ibarətdir və Almaniyada müvafiq təcrübə keçmişlər.

Prezident İlham Əliyev stansiyanın idarəetmə mərkəzindən bu energetika qurğusunu işə saldı.

Stansiyanın iş rejimi və avadanlığı ilə tanış olan Prezident İlham ƏLİYEV mərasimdə iştirak edən inşaatçılar, energetiklər və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onları təbrik edərək dedi:

- Əziz sumqayıtlılar, əziz dostlar. Mən sizi bu gün bu gözəl hadisə münasibətilə - Sumqayıt Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik edirəm.

Bu günlərdə Sumqayıt şəhərinin 60 illik yubileyi qeyd edilir. Bu gözəl yubiley münasibətilə sizi ürəkdən təbrik edirəm.

Sumqayıt şəhəri çox uğurla inkişaf edir. Sumqayıtda gedən quruculuq, abadlıq işləri məni çox sevindirir. Bildiyiniz kimi, mən tez-tez Sumqayıta gəlirəm, vəziyyətlə tanış oluram. Şəhərin gələcək inkişafı üçün bütün lazımi tədbirlər görülür və addımlar atılır. Sumqayıt gözəlləşir, cavanlaşır, yeni yollar, parklar salınır, yeni binalar tikilir, köhnə binalar bərpa olunur. Eyni zamanda, Sumqayıtın müasir sənaye mərkəzinə çevrilməsi üçün bizim böyük planlarımız vardır.

Əslində siz bunu yaxşı bilirsiniz ki, Sumqayıt sənaye şəhəri kimi yaradılmışdır. Ancaq bu gün biz daha da qabağa baxmalıyıq. Biz Sumqayıtda ən müasir sənaye texnologiyalarını tətbiq etməliyik. Şəhərdə yaradılan yeni müəssisələr, zavodlar, fabriklər, texnoparklar Sumqayıtı ən müasir və ən qabaqcıl sənaye mərkəzinə çevirəcəkdir. Bunu etmək üçün əlbəttə ki, elektrik gücünün yaradılması, Azərbaycanın elektrik enerjisi potensialının gücləndirilməsi çox vacib məsələdir.

Mən çox şadam ki, dörd il əvvəl burada sizinlə bərabər təməl daşını qoyduğumuz stansiya bu gün istifadəyə verilir. Bu, əslində nəhəng infrastruktur mərkəzidir. Stansiya ən qabaqcıl texnologiyalara malikdir, burada ən müasir avadanlıq quraşdırılıbdır. Əvvəlki illərdə tikilmiş Sumqayıt stansiyasının resursu artıq tükənmişdi. Əslində Sumqayıtın tələbatını ödəyə bilmirdi. Bununla bərabər, əvvəlki stansiyada şərti yanacağın sərfiyyatı 900 qram təşkil edirdi, indiki stansiyada bu, 235 qramdır. Yəni böyük bir qənaətdir, bizə imkan verəcək ki, öz enerji potensialımızı daha da səmərəli yollarla işə salaq.

Son illər ərzində Azərbaycanın enerji potensialının gücləndirilməsi işində çox böyük addımlar atılıb. 2006-2009-cu illərdə, son dörd ildə Azərbaycanda on yeni elektrik stansiyası tikilmişdir. Azərbaycanda ümumi stansiyaların sayı isə on doqquzdur. Onlardan onu son dörd il ərzində tikilibdir. Tikilmiş on stansiyanın enerji potensialı 2100 meqavatdır. Azərbaycanın ümumi enerji potensialı isə 6400 meqavatdır. Yəni biz son dörd il ərzində Azərbaycanın enerji potensialını 30-40 faiz artıra bilmişik və bu proses davam edir. Gələcəkdə yeni stansiyaların tikintisi nəzərdə tutulub. Beləliklə, biz Azərbaycanı bundan sonra uzun illər ərzində dayanıqlı enerji mənbələri ilə təmin edəcəyik. Buna böyük ehtiyac vardır. Bizim iqtisadiyyatımız artır, ölkəmizin sənaye potensialı artır. Son altı il ərzində Azərbaycan dünyada ən yüksək templərlə inkişaf edən ölkə olmuşdur. Hətta 2009-cu ildə, böhranlı ildə də bizim sənaye potensialımız artır və iqtisadiyyat artır. Hər yerdə yeni müəssisələr, yeni zavodlar, fabriklər tikilir, əhalinin sayı artır. Bütün bunlar əlbəttə ki, yeni enerji mənbələrini tələb edir. Məhz bu məqsədlə biz artıq nail ola bilmişik ki, Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir və bizdə ixrac üçün əlavə potensial da yaranmışdır. Bu gün Azərbaycan qonşu ölkələrə nəinki öz neftini, qazını, neft məhsullarını, eyni zamanda elektrik enerjisini də ixrac edir. Beləliklə, biz həm əlavə mənfəət əldə edirik, eyni zamanda, Azərbaycanın bu bölgədə önəmi, əhəmiyyəti böyük dərəcədə artmaqdadır.

Görülən bütün bu işlər onu göstərir ki, Azərbaycan dövlətinin çox düşünülmüş inkişaf strategiyası vardır. İnkişaf strategiyamızın icrası enerji mənbələri olmadan mümkün deyildir. Biz hər şeyi düşünülmüş, planlı şəkildə edirik. Biz növbəti illərdə həm ənənəvi stansiyaların tikintisi, eyni zamanda, alternativ enerji mənbələrinin yaradılması işində çox ciddi çalışmalıyıq. Bu məqsədlə lazımi tədbirlər görülür. Alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması üçün bütün lazımi tədbirlər görülür. Gələn ildən başlayaraq Azərbaycan Dövlət Neft Fondunun hesabına və dövlət büdcəsi hesabına Azərbaycanda kütləvi şəkildə alternativ və bərpa olunan enerji mənbələri yaradılacaqdır.

Bununla bərabər, biz bütün - həm xarici, həm daxili, yerli investorları bu sahəyə investisiya qoymağa dəvət edirik. Çünki bu, çox gəlirli və Azərbaycan üçün çox lazımlı sahədir. Bu, həm bizə böyük üstünlük verəcəkdir, eyni zamanda, neftimiz, qazımız daha da böyük həcmdə ixrac ediləcəkdir. Bu, eyni zamanda, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət göstərəcəkdir. Eyni zamanda, biz bütün resurslarımızdan səmərəli istifadə edəcəyik.

Bu gün artıq Azərbaycanın su resurslarının xəritəsi hazırdır. Biz gələn ildən kiçik çaylarda kiçikhəcmli elektrik stansiyaları tikməyə başlayacağıq. Azərbaycanda ilin böyük əksəriyyətində günəşli hava şəraiti müşahidə olunur. Eyni zamanda, külək də bizim üçün ənənəvi bir təbii mənzərədir. Baxmayaraq, bəzi hallarda külək bizə əziyyət verir, xüsusilə bu gün. Biz sizinlə bu küləkli havada görüşürük. Amma bununla bərabər, külək enerjisindən istifadə etmək də bizim üçün çox sərfəli olacaqdır.

Bir sözlə, Azərbaycanın enerji potensialının yeniləşməsi, yaradılması işində çox vacib addımlar atılıb. Görülən bu işlər bizi tam qane edir. Qısa müddət ərzində biz nəinki öz daxili tələbatımızı ödəyə bildik, eyni zamanda, qeyd etdiyim kimi, başqa ölkələrə elektrik enerjisini ixrac edirik.

Hamımız yaxşı xatırlayırıq ki, əvvəlki illərdə bəzən elektrik enerjisi ilə təchizat bizi qane etmirdi, bəzi yerlərdə fasilələr olurdu. Bəzi yerlərdə, ucqar rayonlarda ümumiyyətlə, enerji tələbatı ödənilmirdi. Ancaq bu gün biz öz tələbatımızı tam şəkildə ödəyirik. Bu, hər bir ölkənin iqtisadiyyatı üçün başlıca şərtdir. Biz buna nail ola bilmişik. Bundan sonra Azərbaycanın iqtisadiyyatı əminəm ki, yüksək templərlə inkişaf etməkdə davam edəcəkdir. Ola bilsin ki, gələcəkdə bu ərazidə yeni stansiyanın tikintisi də reallaşacaqdır. Çünki bu gün bizim enerji potensialımız tələbatdan haradasa, min meqavat çoxdur. Biz bunu ixrac edirik və edəcəyik. Ancaq Azərbaycan inkişaf edir. Sənaye potensialı artır. Yeni müəssisələr yaradılır. Əhalimiz artır və tələbat, əlbəttə ki, artacaqdır.

Bax, bu gözəl stansiyanın tikintisi bir də onu göstərir ki, bizim bütün planlarımız həyata keçirilir. Dörd il bundan əvvəl Azərbaycan öz enerji potensialını tam şəkildə realizə edə bilmirdi. Bu stansiyanın tikintisinin başlanması bütün başqa sahələrə böyük təkan verdi. Bu stansiya inşa olunan zaman, qeyd etdiyim kimi, Azərbaycanda, ölkəmizin bütün bölgələrində müxtəlif həcmli doqquz stansiya tikilmişdi. Biz bir daha gördük ki, qəbul edilmiş bütün qərarlar icra edilir. Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Belə böyük, nəhəng layihələrin icrası çox gözəl göstəricidir.

Eyni zamanda, bu stansiyanın tikintisi Azərbaycanın beynəlxalq şirkətlərlə əməkdaşlığının da əlamətidir. Bu əməkdaşlıq da çox uğurludur. Azərbaycan xarici şirkətlər üçün həm investisiya qoyuluşu, həm iş görmək üçün cəlbedici ölkədir. Bu stansiyanın tikintisində “Siemens” şirkətinin fəaliyyətini mən xüsusilə qeyd etmək istəyirəm. Bu şirkətin müxtəlif sahələrdə böyük təcrübəsi vardır. Bu əməkdaşlıq qarşılıqlı faydalı əməkdaşlıqdır. Əminəm ki, bu əməkdaşlıq gələcəkdə davam edəcək, başqa sahələrə öz təsirini göstərəcək və həmişə olduğu kimi, Azərbaycan xarici şirkətlər üçün, investisiya qoyuluşu üçün cəlbedici ölkə kimi qalacaqdır. Azərbaycanın artan imkanları xarici şirkətlərlə müxtəlif sahələrdə uğurlu əməkdaşlığı təmin edəcəkdir.

Mən bir daha sizi, əziz dostlar, bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu stansiyanın istifadəyə verilməsi Sumqayıta və sumqayıtlılara yubiley hədiyyəsidir. Sizə yeni uğurlar, Sumqayıt şəhərinə inkişaf arzulayıram.

Sağ olun.

 

X X X

Ulu öndər Heydər Əliyevin ölkənin energetika sisteminin inkişafındakı müstəsna xidmətlərini xüsusi vurğulayan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar PİRVERDİYEV Sumqayıt Elektrik Stansiyasının üstünlüklərini ətraflı xarakterizə etdi. O, son 6 ildə Azərbaycan elektroenergetikasının köklü inkişaf yolu keçdiyini bildirərək dedi:

- Möhtərəm cənab Prezident!

Sizin bilavasitə təşəbbüsünüz və rəhbərliyiniz altında son 6 il ərzində 2000 MVt-dan çox yeni generasiya gücləri işə salınmışdır. O cümlədən, Astara, Şəki, Xaçmaz, Naxçıvan bölgələrində, Bakıda yeni elektrik stansiyaları inşa edilmişdir.

2008-2009-cu illərdə bütün dünyada maliyyə böhranı yaşanmasına baxmayaraq, Sizin düzgün siyasətiniz nəticəsində 2008-ci ildə 300 MVt gücündə “Səngəçal” və iki ay bundan əvvəl 105 MVt gücündə “Şahdağ” elektrik stansiyaları işə salınmışdır.

Bu gün isə 525 MVt gücündə Sumqayıt Elektrik Stansiyası Sizin tərəfinizdən işə salınmışdır.

Yeni elektrik stansiyalarının tikintisi zamanı müasirlik və ekologiya məsələlərinə xüsusi diqqət yetirildiyini söyləyən E.Pirverdiyev bildirdi:

- Möhtərəm cənab Prezident!

Sizin göstəriş və tələblərinizi əldə rəhbər tutaraq, elektrik stansiyalarının tikintisində həmişə ən müasir texnologiyalardan istifadə olunmasına, etibarlılıq və ekoloji cəhətdən təmizlik prinsiplərinə üstünlük verilmişdir. Sumqayıt Elektrik Stansiyası da bu tələblərə cavab verən stansiyalardan biridir. Bu stansiyanın işə salınması nəticəsində parnik effekti yaradan karbon qazlarının havaya tullantısı ildə 700 min ton azalacaqdır.

Möhtərəm cənab Prezident!

Sumqayıt Elektrik Stansiyasının inşa edilib istismara verilməsi Sizin apardığınız uğurlu xarici və daxili siyasətin parlaq təzahürüdür.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti respublikamızın energetika sisteminin daha da inkişaf etdirilməsi üçün dövlətimizin başçısının tapşırıqlarına uyğun həyata keçirilən digər tədbirləri də diqqətə çatdırdı.

X X X

“Siemens” şirkətinin enerji məsələləri üzrə icraçı direktoru Rayner HAUNŞİLD yeni stansiyanın ən müasir tələblərə cavab verdiyini bildirdi. O, Azərbaycan-Almaniya əlaqələrinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rol oynadığını və Prezident İlham Əliyevin iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verdiyini vurğulayaraq dedi:

- 1998-ci ildə “Siemens” bir daha sadiqliyini nümayiş etdirdi və nümayəndəliyini Bakıda açdı. Həmin vaxtdan etibarən biz enerji, sənaye və səhiyyə sektorlarında bir sıra layihələri həyata keçirdik. Həmin layihələrin və bizim ölkənizlə münasibətlərimizin əsaslarını ulu öndər, ümummilli lider zati-aliləri Heydər Əliyev qoydu və biz bu gün, cənab Prezident, Sizə olduqca minnətdarıq ki, bu münasibətlərimizi daha da möhkəmləndirib inkişaf etdirirsiniz.

X X X

Sumqayıtın ölkəmizin ən inkişaf etmiş şəhərlərindən birinə çevrilməsi üçün ulu öndər Heydər Əliyevin xidmətlərini məmnunluqla xatırladan “Neftqazavtomat” Elm-İstehsalat Müəssisəsinin direktoru Əli ƏMİROV şəhərin daha da inkişafına göstərdiyi hərtərəfli qayğıya görə Prezident İlham Əliyevə sumqayıtlılar adından dərin təşəkkürünü bildirərək dedi:

- Bu gün Sumqayıtda ən yeni sənaye müəssisələri inşa edilir. Sumqayıt tarixən neft-kimya, metallurgiya şəhəri kimi tanınsa da, bu gün Sizin sayənizdə şəhərimizin siması dəyişir və o, artıq müasir texnologiyalarla təchiz edilmiş çoxprofilli istehsal kompleksinə malik müasir sənaye mərkəzinə çevrilmişdir. Sizin Sumqayıta gəlişiniz şəhərimizin tarixində çox önəmli bir hadisədir. Əminik ki, bu səfərlə sumqayıtlıların həyatında yeni bir səhifə açılacaqdır. Sizin müdrik daxili siyasətiniz bu gün yeniləşən Sumqayıta yeni nəfəs verir.

Bu günlər şəhərimiz 60 illik yubileyi ilə əlaqədar bayram əhval-ruhiyyəsi içərisində yaşayır. Sizin səfəriniz isə bu bayram ovqatını birə on artırmış, bizə böyük qürur hissi bəxş etmişdir. Bunun üçün bütün sumqayıtlılar adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

X X X

Sonda dövlətimizin başçısı mərasim iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib