Sumqayıt gömrükçüləri Ümummilli Lider Heydər Əliyevin 100 illiyinin qeyd ediblər
Sumqayıt, 26 aprel, AZƏRTAC
Sumqayıt Baş Gömrük İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə şəhərin mərkəzində ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra konfrans işini Sumqayıt Dövlət Dram Teatrın konfrans zalında davam etdirib. Tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, digər dövlət qurumlarının rəhbərləri iştirak ediblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı müstəsna xidmətlərindən söz açılıb, zəngin dövlətçilik təcrübəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Ulu Öndərin uzaqgörən siyasəti sayəsində digər dövlət qurumları ilə yanaşı, gömrük orqanları da ölkəmizin mühüm dövlət təsisatlarından biri kimi formalaşıb.
Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmlənməsinə, davamlı inkişafına yönələn zəngin ideyaları bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Konfrans Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişı ilə davam edib.