“Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib
Bakı, 27 oktyabr, AZƏRTAC
“Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, komanda son olaraq Banqladeşin “Şeyx Rassel” klubunda çıxış etmiş Riçard Qadze ilə 2023/2024-cü il mövsümünün sonunadək müqavilə imzalayıb.
İyirmi səkkiz yaşlı qanalı hücumçu 43 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Azərbaycanda daha əvvəl “Zirə”də (2017-2018-ci, 2019-2020-ci illər) çıxış etmiş Riçard Qadze karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın “HİK” (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının şərəfini qoruyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]