SUMQAYIT MƏKTƏBLƏRİNDƏ YENİ DƏRS İLİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bilik günü Sumqayıtda 50 orta məktəbdə yeni dərs ilinin başlandığını xəbər verən ilk zəng çalınmışdır. Şəhərin təhsil şöbəsinin müdiri Vidadi Bağırov AZƏRTAC-a bildirmişdir ki, bu il 3617 uşaq birinçi sinfə getmişdir. Şəhərin buraxılış siniflərində 4238 şagird təhsil alır. Təqribən 5200 müəllim 45 minə qədər sumqayıtlı məktəblinin təlim-tərbiyəsi ilə məşğuldur.
O bildirmişdir ki, son beş ildə şəhərin orta məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Yeni dərs ili başlananadək beş məktəbdə tədris korpusları tikilmiş, 29 və 31 nömrəli məktəblərin binaları əsaslı təmir edilmişdir. Fiziki və əqli cəhətdən qüsurlu uşaqlar üçün internat məktəbi yenidən tikilir, bir çox başqa işlər görülür. Sumqayıt İcra Hakimiyyətinin təşəbbüsü ilə məktəblərin isitmə sisteminə mərhələ-mərhələ qoşulması başa çatır və bütün təhsil ocaqları qış mövsümündə qızdırılacaqdır.
Şəhər təhsil şöbəsinin rəhbəri bildirmişdir ki, indi əsas iş məktəblilərdən asılıdır. Onların məzunlarımızın nailiyyətlərini artırmaları, daha böyük uğurlar qazanmaları üçün hər cür şərait yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]