“Sumqayıt” qanalı hücumçu ilə müqavilə imzalayıb
Bakı, 24 yanvar, AZƏRTAC
Qış fasiləsində heyətini Dieqo Karioka və Masaki Murata ilə gücləndirən “Sumqayıt” daha bir futbolçunun keçidini gerçəkləşdirib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, “Sumqayıt” son olaraq İsrailin “Bney Yehuda” komandasında çıxış edən qanalı hücumçu Karim Abubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalayıb.
İyirmi səkkiz yaşlı forvard “Sumqayıt”ın heyətində 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəsinin “Medeama", İspaniyanın “Leqanes”, “Alkorkon”, “Valdivia”, “Don Benito”, “Algesiras”, “Yeklano Deportivo” və İsrailin “Hapoel Akre” klublarının uğurları üçün çalışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]