Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe müəssisələr distant təhsilə başlayıb
Sumqayıt, 24 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yarana biləcək təhlükənin aradan qaldırılması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeli müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılıb.
İdarədən AZƏRTAC -a bildirilib ki, tədris proqramlarının şagirdlər tərəfindən mənimsənilməsini təmin etmək məqsədilə mədəniyyət müəssisəsinin uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində distant təhsilə başlanılıb. Dərslər təcrübəli müəllimlər tərəfindən keçirilir.