Sumqayıt sakinindən 1 kiloqram tiryək aşkarlanaraq götürülüb
Bakı, 11 iyul, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini Ümid Əhmədovdan 1 kiloqram tiryək, 80 ədəd ekstazi və 400 ədəd metadon həbləri aşkarlanaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, davam etdirilən tədbirlərlə onun Bakıda kirayədə yaşadığı mənzilə baxış zamanı əlavə 71 qramdan artıq metamfetamin, 129 qrama yaxın marixuana, 15 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi də götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:13]
Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO
- 28.09.2026 [20:14]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [19:24]