Sumqayıt şəhərini Saray qəsəbəsi ilə biləşdirən körpü istifadəyə verilib
Bakı, 17 mart, AZƏRTAC
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə aparılan tikinti işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən körpünün tikintisinə 2024-cü ilin dekabr ayında başlanılıb və 3 ay müddətində tikinti işləri tamamilə başa çatdırılıb.
Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub. Lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq mövcud yolun genişləndirilməsi baş verərsə, körpünün həmin infrastruktura uyğun olması şərtdir, bu da layihə zamanı öncədən nəzərə alınıb. Belə ki, 3 aşırımdan ibarət olan körpü, 4 hərəkət zolağından ibarətdir. Körpü 104 metr uzunluğunda və 21,6 metr enində inşa olunub. Həmçinin, körpünün sağ və sol hissələrində piyada səkiləri tikilib. Körpü 4 dayaq üzərində inşa edilib və orta dayaqlarda 1,5 metr diametrli 6 sütun yerləşir.
Ümumilikdə körpü 12 sütundan ibarət olub, hər dayaq ikicərgəli svaylar üzərində qurulub. Svayların uzunluğu 14 metr, diametri isə 1 metrdir və ümumilikdə 80 svaydan istifadə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:57]
Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:59]
Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO
- 11.06.2026 [18:55]