Sumqayıtda mikroavtobus yük maşını ilə toqquşub
Sumqayıt, 24 mart, AZƏRTAC
Sumqayıtda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sülh prospektində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan "Ford" markalı mikroavtobus "KamAZ" markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.