Sumqayıtda “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Araz supermarketin qarşısında “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.
Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırır.
Aksiya Sumqayıt şəhəri, 9-cu mikrorayon, Üzeyir Hacıbəyli küçəsi, 25 C ünvanında yerləşən Araz supermarketdə saat: 12:00-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]