Suriyada külli miqdarda narkotik vasitə qaçaqmalçılığının qarşısı alınıb
Qahirə, 29 iyun, AZƏRTAC
Son iki gündə Suriyanın Livanla sərhəd bölgələrində keçirilən əməliyyatlar nəticəsində 3 milyon yarım kaptaqon həbi və külli miqdarda həşiş ələ keçirilib.
AZƏRTAC Suriyanın SANA xəbər agentliyinə istinadla bildirir ki, Suriyanın Daxili İşlər Nazirliyi iyunun 27-də əl-Cəracir sərhəd bölgəsində təxminən 3 milyon kaptaqon həbinin və 50 kiloqram həşişin müsadirə edilməsi barədə məlumat yayıb.
İyunun 28-də isə Livanla sərhəd olan Nəbək bölgəsində 500 min kaptaqon həbi, 500 həşiş bağlaması və 165 kiloqram marixuana müsadirə edilib. Qeyd edilir ki, narkotik vasitələr yük maşınında ölkəyə daxil olub. Suriya DİN bu işlə əlaqədar iki nəfərin saxlandığını bildirib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]