Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa Bəyannaməsi regional və qlobal təhlükəsizliyə zəmin yaradır

Şuşa Bəyannaməsi regional və qlobal təhlükəsizliyə zəmin yaradır

Bakı, 23 iyun, AZƏRTAC

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun 2021-ci il Brüssel Sammitində iştirakından sonra işğaldan azad edilmiş Qarabağa səfəri Türkiyə-Azərbaycan münasibətlərində tarixi əhəmiyyət kəsb etdi. Sözügedən səfərin ən önəmli məqamları Şuşa şəhərində oldu. Tarixi Şuşa Bəyannaməsinin şərhinə keçməmişdən öncə, bir qədər imzalanma mərasiminin keçiriləcəyi məkan haqqında. Şuşanın sonuncu xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın dağıdılmış evinin fonunda imzalanma mərasimi keçirilməsi heç də təsadüfi deyildi. Bu tarixi bina erməni vəhşiliyinin sübutu, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların 30 ilə yaxın Ermənistanın işğal faktına, beynəlxalq hüququn pozulmasına laqeyd münasibətinin nəticəsi kimi dünyaya nümayiş olundu. Və belə bir vəhşiliyin təkrarlanmaması üçün Şuşa Bəyannaməsi məkan və zaman ilə mütənasib idi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “Şuşa Bəyannaməsi regional və qlobal təhlükəsizliyə zəmin yaradır” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir ki, Şuşada verilən mesajları nəzərə alaraq, iki dövlət başçısı - İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqların Türkiyə-Azərbaycan münasibətlərində yeni bir dövrə qapı açacağını söyləmək mümkündür. Bu çərçivədə liderlərin imzaladığı Şuşa Bəyannaməsi olduqca diqqətəlayiq hadisədir, Azərbaycan ilə Türkiyə münasibətlərinin yeni yol xəttini təyin edən sənəddir. İmza mərasimi zamanı tarixi əhəmiyyətli məqamlardan biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada baş konsulluğun açılacağını bildirməsi oldu. Bu sürpriz bəyanat, bir daha bütün dünyaya Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu və qardaş Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə verdiyi əhəmiyyəti açıq şəkildə elan etdi.

Şuşa Bəyannaməsi 2010-cu il avqustun 16-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”ni bir daha təsdiq edir. Xüsusi qeyd edək ki, Bəyannamədəki hərbi yardım barədə müddəalar hər iki ölkənin parlamentində təsdiq edilmiş həmin dövlətlərarası müqavilənin hərbi - siyasi və təhlükəsizlik məsələlərinə dair 1-ci, 2-ci və 3-cü maddələrində öz əksini tapıb.

“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin maddələrindən göründüyü kimi, iki dövlətin bir-birinə qarşılıqlı hərbi yardım göstərəcəkləri barədə razılıq əvvəlki hüquqi sənədlərdə də qeyd olunub. Bu fikirlərin Şuşa Bəyannaməsinin müddəalarında yenidən ifadə olunması dünya ictimaiyyəti, o cümlədən, regional dövlətlər, məğlubiyyəti ilə barışa bilməyən Ermənistan üçün ciddi siyasi mesajdır. Bu siyasi mesajda aydın şəkildə ifadə olunur ki, Azərbaycan təhdid və təcavüzlə qarşılaşarsa Türkiyə təkcə mənəvi-siyasi deyil, həmçinin hərbi dəstəyini əsirgəməyəcək. Digər tərəfdən, Türkiyənin NATO-nun üzvü olması faktı da nəzərə alınmaya bilməz.

Şuşa Bəyannaməsində əsas yenilik Azərbaycan və Türkiyə arasındakı münasibətlərin əməkdaşlıqdan keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılması, müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərinin müəyyən edilməsidir. Azərbaycan və Türkiyənin təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi bəyannamədə xüsusi vurğulanır: “Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir”.

Bəyannamədə maraqlı məqamlardan biri iki dövlətin milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək birgə layihələrin yerinə yetirilməsi, hərbi sənaye sahəsindəki yeniliklərin təşviqi və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsi niyyətidir. Sənəddə qeyd olunduğu kimi “hazırda iki ölkədə mövcud olmayan istehsal sahələrinin yaradılması, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsi, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsi” hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində münasibətləri keyfiyyətcə yeni mərhələyə aparır.

İmzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsini əhəmiyyətini dolğun və lakonik şəkildə yüksək dəyərləndirdi: “Bəyannamə yaxşı bir əməkdaşlıq sənədi olmaqla yanaşı gələcək münasibətlər üçün zəmanətdir”. Prezident müdafiə sahəsindəki əlaqələrə və Zəngəzur dəhlizinə də diqqət çəkərək, bu dəhlizin mütləq tətbiq olunacağını vurğuladı. Bu fikir Ermənistanda 10 noyabr Bəyanatının icrasına etiraz edən siyasi qüvvələrə, revanşistlərə ciddi mesajdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsi ilə ikitərəfli münasibətlərdə yeni bir yol xəritəsi təyin etdiklərini bildirdi. Cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bir daha bənzər bir fəlakət yaşamaması üçün müdafiə sənayesindəki əlaqələri texnologiya transferi və ortaq istehsal kimi lazımlı tədbirlərin görüləcəyini vurğuladı.

Azərbaycan və Türkiyə dövlət başçılarının Şuşada imzalanma mərasimində çıxışları, Şuşa Bəyannaməsinin müddəaları göstərir ki, sənəd iki ölkə arasında yeni yaxınlaşma kursunu müəyyənləşdirir. Bu yol, ilk növbədə, təhlükəsizlik və müdafiə çərçivəsində formalaşacaq.

Şuşa Bəyannaməsində də silahlı qüvvələr ümumi maraqların qorunması üçün birgə fəaliyyət göstərmək, suverenlik və ərazi bütövlüyü kimi milli maraqlara əsaslanan məsələlərdə kömək etmək, sabitlik və barışı təmin etmək, təhlükəsizlik problemlərini həll etmək məqsədilə əlaqələrin koordinasiya olunması nəzərdə tutulur. Regional və qlobal səviyyədə hücum və təhdid hallarında məsləhətləşmə və müdafiə ehtiyaclarını ödəmək fəaliyyəti önə çıxır. Silahlı qüvvələrin modernləşdirilməsi və orduların qarşılıqlı fəaliyyətinin artırılması istiqamətində birgə səylər xüsusi önəm kəsb edir. Bundan əlavə, terror təşkilatlarının maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması, mütəşəkkil cinayətkarlıq və narkotik qaçaqmalçılığı kimi sahələrdə birgə mübarizə barədə məlumatlılığın artırılması da bəyannamədə yer alıb.

Azərbaycan Türkiyə münasibətlərində ən vacib xüsusiyyət əməkdaşlığın regional və qlobal sülhə, sabitliyə töhfə vermək məramıdır. Bu məram Şuşa bəyannaməsində də öz əksini tapıb. İki ölkənin dövlət başçısının imzaladığı bəyannamədə BMT Nizamnaməsi vurğulanır və üçüncü ölkələrlə əməkdaşlıq qapılarının açıq olduğu bildirilir. Xatırladaq ki, imzalanma mərasimində dövlət başçılarının çıxışlarında Ermənistana da əməkdaşlıq təklifi səsləndirildi. Şübhəsiz ki, bu fikirlər Qafqazdakı sabitliyi və təhlükəsizliyi möhkəmləndirmək məqsədi daşıyırdı. Başqa sözlə, bölgə dövlətləri ilə münasibətlərin normallaşdırılması davamlı sülhün bərqərar olması əsas məqsəddir.

Bəyannamədə vurğulanan digər bir məqam Türk dünyasına istinad etməkdir. Türk dünyasının inteqrasiyası üçün fəaliyyətlərin gücləndirilməsi niyyəti bildirilən bəyannamədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) çərçivəsində həyata keçirilən tədbirlər və Türkdilli Dövlətlərin Parlament Assambleyasında (TürkPA) həmrəyliyi məsələlərinə də mühüm diqqət yetirilir.

Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi və Naxçıvan - Qars dəmir yolunun inşasının sürətləndirilməsi yolu ilə iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşdirilməsi də nəzərdə tutulur. Beləliklə, Şərq-Qərb Mərkəzi Dəhlizinin rəqabət qabiliyyətini artırmaq üçün əməkdaşlıq və Cənub Qaz Dəhlizini həyata keçirmək mümkün olacaqdır.

Bəyannamədəki vacib məsələlər arasında 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması, tarixçilər tərəfindən aparılan araşdırmalara dəstək, parlamentlərarası əlaqələrin gücləndirilməsi və dünyanın müxtəlif ölkələrində Azərbaycan - Türk diasporları arasında əlaqələrin inkişafı mühüm yer tutur.

Bəyannamədə iqtisadi əlaqələrin gücləndirilməsi, ixracatın şaxələndirilməsi, ümumi istehsal sahələrinin yaradılması və sərbəst hərəkət üçün zəruri mexanizmlərin yaradılması kimi hədəflər də əksini tapıb. İki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya, humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində də əməkdaşlığın daha da inkişafı məqsədilə birgə davamlı fəaliyyətlərin həyata keçiriləcəyinin ifadə olunması bəyannamənin hərtərəfli fəaliyyət konsepsiyasını müəyyən edir. Sənəddə “bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisində yaşamaq hüququ əldə etmələrini qarşılılıq prinsipinə uyğun olaraq asanlaşdırmaq üçün müvafiq tədbirlər görülməsi” müddəası diqqətəlayıq məqamdır.

Bütün bunlar, Türkiyə ilə Azərbaycanın ortaq strateji hədəflərinin olduğunu sübut edir. Türkiyə ilə Azərbaycan Şərqlə Qərb arasında mühüm bir körpüdür. Yeni mərhələdə - Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra Şuşa şəhəri tarixi missiyası və geosiyasi yerləşməsinə görə bu körpüdə mühüm bir sütuna çevriləcəkdir. Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində imzalanan tarixi bəyannamə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi işinə mühüm töhfə verəcək.

Nəticə olaraq deyə bilərik ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərə əhəmiyyətli təkan verəcək Şuşa Bəyannaməsi regional və qlobal təhlükəsizliyə zəmin yaradır. Azərbaycanın yeni dünya düzəninə, qlobal geosiyasi sistemə inteqrasiyasının göstəricisidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş