Şuşa beynəlxalq basketbol turnirinə ev sahibliyi edəcək
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 12-dən 13-dək Şuşa şəhərində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda 3x3 qadın milli komandamızla yanaşı, ikisi klub komandası olmaqla, ümumilikdə, səkkiz komanda iştirak edəcək.
Almaniya, Niderland, Rumınya, Macarıstan, Türkiyə və Azərbaycanın 3x3 qadın yığma komandaları, Yaponiyanın "G FLOU" və yerli təmsilçimiz "Neftçi" klubu Dünya Qadın Seriyasında mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [13:27]