Tacikistanla Dünya Bankı 35 milyon dollarlıq maliyyə sazişi imzalayıb
Düşənbə, 30 iyun, АZƏRTAC
Tacikistan hökuməti ilə Dünya Bankı arasında 35 milyon dollarlıq maliyyə sazişi imzalanıb.
AZƏRTAC Tacikistanın Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sazişi Tacikistanın maliyyə naziri Fayziddin Kaxorzoda və Dünya Bankının bu ölkədəki nümayəndəliyinin rəhbəri Yan Peter Olters imzalayıblar.
Bildirilir ki, bu vəsait milli statistika sisteminin modernləşdirilməsinə, Dağ Bədəxşan Muxtar vilayəti və Xatlon vilayətindəki dağ kəndlərinin elektrikləşdirilməsi layihələrinə, dövlət maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsinə və Aral dənizi hövzəsində iqlimin dəyişməsi və bunun təsirlərinin azaldılması ilə bağlı hazırlanan proqramın reallaşmasına xərclənəcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]
Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]