TANINMIŞ DİLÇİ ALİM LONDONDAKI “AZƏRBAYCAN EVİ”NİN QONAĞI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri Londondakı “Azərbaycan evi”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tanınmış Azərbaycan alimi, Dillər Universitetinin professoru Fəxrəddin Veysəlli “Azərbaycan evi”ndə Azərbaycan icmasının nümayəndələri ilə görüşmüşdür.
Görüşdə F. Veysəlli doğma dilimizdən, onun dünyadakı mövqeyndən, eyni zamanda Cənubi Qafqazın hərtərəfli inkişafına mane olan Dağlıq Qarabağ münaqişəsindən söhbət açmış, xaricdə yaşayan azərbaycanlıların öz ana dilini bilməsinin zəruriliyindən danışmışdır. Dilşünas alim başqa ölkələrdə yaşayan soydaşlarımızın dil ilə bağlı problemlərinə də toxunmuşdur.
Sonda F. Veysəlli iştirakçıları maraqlandıran suallara cavab vermişdir.
Fəxrəddin Veysəlli Londona səfəri çərçivəsində “Kaspian-Xəzər” məktəbində Azərbaycan dili kursunun tələbələrinə dilimizin müxtəlif aspektlərini əhatə edən mühazirələr oxumuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]