TANINMIŞ DİLÇİ ALİM LONDONDAKI “AZƏRBAYCAN EVİ”NİN QONAĞI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri Londondakı “Azərbaycan evi”nin mətbuat xidmətinə istinadla xəbər verir ki, tanınmış Azərbaycan alimi, Dillər Universitetinin professoru Fəxrəddin Veysəlli “Azərbaycan evi”ndə Azərbaycan icmasının nümayəndələri ilə görüşmüşdür.
Görüşdə F.Veysəlli doğma dilimizdən, onun dünyadakı mövqeyindən, eyni zamanda, Cənubi Qafqazın hərtərəfli inkişafına mane olan Dağlıq Qarabağ münaqişəsindən söhbət açmış, xaricdə yaşayan azərbaycanlıların öz ana dilini bilməsinin zəruriliyindən danışmışdır. Dilşünas alim başqa ölkələrdə yaşayan soydaşlarımızın dil ilə bağlı problemlərinə də toxunmuşdur.
Sonda F.Veysəlli iştirakçıları maraqlandıran suallara cavab vermişdir.
Fəxrəddin Veysəlli Londona səfəri çərçivəsində “Kaspian-Xəzər” məktəbində Azərbaycan dili kursunun tələbələrinə dilimizin müxtəlif aspektlərini əhatə edən mühazirələr oxumuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]