Tarix Muzeyində Səfəvilər dövrünə aid maddi-mədəniyyət nümunələri qorunur
Bakı, 17 iyul, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyasında XVI-XVII əsrlər, Səfəvilər dövrünə aid müxtəlif adda maddi-mədəniyyət nümunələri qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verib.
Muzeyin yeni ekspozisiyasında təqdim olunan fotolarda Səfəvilər dövrü əks olunub. Bölmədə sözügedən dövrə aid Azərbaycan sənətkarlığının dəyərli eksponatları yer alıb.