Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi yurdlarından köçürülən azərbaycanlılar - məhv edilən maddi-mədəni irsimiz

Tarixi yurdlarından köçürülən azərbaycanlılar - məhv edilən maddi-mədəni irsimiz

Bakı, 13 yanvar, AZƏRTAC

Azərbaycanın ərazi itkilərinin başlanğıcı əsasən Nadir şahın 1747-ci ildə sui-qəsd nəticəsində öldürülməsindən sonra mərkəzləşmiş dövlətin parçalanması və xanlıqların yaranması ilə qoyuldu. Bu proses I və II Rus-Qacar müharibələri nəticəsində çar Rusiyasının Şimali Azərbaycan xanlıqlarının ərazisini işğal etməsi ilə daha da gücləndi. Türkmənçay müqaviləsindən sonra, yəni 1828- 1908-ci illərdə 1 milyondan artıq erməninin Azərbaycanın tarixi torpaqlarına köçürülməsi müsəlman əhalisinin faciəsinə səbəb oldu. 1828-ci ildə I Nikolayın Türkmənçay müqaviləsini təsdiq edərək Rusiyaya birləşdirilmiş İrəvan, Naxçıvan xanlıqlarının və Ordubad mahalının ərazisində “erməni vilayəti”nin yaradılması barədə fərman verməsi indi Qərbi Azərbaycan adlandırdığımız ərazilərin itirilməsinin əsasını qoydu. Əgər “erməni vilayəti”ndə yəni İrəvan, Naxçıvan xanlıqları və Ordubad mahalında aparılan siyahıyaalmada 1828-ci ilin sonunda ərazidə 81 min 749 müsəlman və 25min 131 erməni qeydə alınmışdısa, sonradan yerli əhalinin zorla öz dədə-baba torpaqlarından mərhələ-mərhələ qovulması ilə bu ərazilər ermənilərin nəzarətinə keçdi. Yerli müsəlman əhalinin Qərbi Azərbaycan ərazisindən zorakılıqla çıxarılması və ərazilərin ermənilərə verilməsi prosesi 1828-1918-ci illərdə, 1918-ci il mart qırğınlarından sonrakı dövrdə, 1918-1920-ci, 1920-1930-cu, 1948-1953-cü və 1988-1991-ci illərdə baş verib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kafedrasının müəllimi professor Məhərrəm Zülfüqarlı söyləyib. O bildirib ki, Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı və 1930-1938-ci illərdə repressiya həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyə və İran sərhədləri, eləcə də Azərbaycan və Gürcüstan sərhədləri boyunca yenə də əsasən azərbaycanlılar yaşayırdılar. İrəvan şəhərinin ətraf rayonları ən münbit torpaqlar hesab edilirdi və həmin rayonlarda da azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Ermənistan rəhbərlərinin qarşısında duran başlıca vəzifə İrəvan ətrafında və Türkiyə ilə sərhəd boyu münbit torpaqlarda yaşayan azərbaycanlıları həmin ərazilərdən köçürmək idi. Ermənilər bu məqsədlərinə nail olmaq üçün İkinci Dünya müharibəsindən sonra xaricdə yaşayan ermənilərin yaşamaq üçün Ermənistana gəlmək istəməsi, lakin onları yerləşdirmək üçün yararlı torpaqların olmamasını bəhanə edərək SSRİ rəhbərliyinə dəfələrlə müraciət edib və nəhayət, öz məqsədlərinə nail olublar. Azərbaycanlıların Qərbi Azərbaycandan zorla çıxarılması ilə yanaşı, erməni quldurları həmin ərazilərdə olan qədim tarixi mədəniyyət abidələrini də məhv ediblər. Hazırda bu vandalizmi faktlarla sübut edən bir sıra əsərlər nəşr olunub. Əziz Ələkbərlinin 2006-cı ildə Azərbaycan və ingilis dillərində nəşr olunmuş 227 səhifəlik “Qərbi Azərbaycan abidələri” kitabında miladdan əvvəl IV-V minilliklərdən başlayaraq sonrakı tarixi dövrlərə aid ermənilər tərəfindən dağıdılmış və ya saxtalaşdırılaraq özününküləşdirilmiş abidələr haqqında geniş məlumat verilib. Əsərdə Qərbi Azərbaycan ərazisində olan eramızdan əvvəl V-Il minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi-Qarqadaşı yazıları ilə Orxon-Yenisey kitabələrinin dil və əlifba eyniliyi faktlarla sübut edilib. Qeyd edilib ki, Qərbi Azərbaycan ərazisində Abaran mahalı, Gərnibasar, Göyçə‎, Qırxbulaq mahalı, Loru mahalı‎, Şörəyel‎, Talin mahalı‎, Vedibasar‎, Zəngəzur, Zəngibasar və digər Azərbaycan abidələri erməni vandalizminə məruz qalıb. Tarixi faktlar sübut edir ki, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində 310 məscid, tarixi memarlıq abidəsi mövcud olub. Sonradan bunlar yer üzündən silinib. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan Sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilib. İrəvan qalasının tamamilə yer üzündən silinməsi isə XX əsrin 30-cu illərində, sovet hakimiyyəti illərində həyata keçirilib. Çar Rusiyası və sovet dövründə azərbaycanlıların dədə-baba yurdlarından zorakılıqla çıxarılması və soyqırımına məruz qalması haqqında sovet tarixşünaslığında heç bir məlumata rast gəlmək olmur. O dövrdə qoyulan qadağalar buna imkan verməyib. Bu tədqiqatların meydana çıxmasında Ulu Öndər Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında 1997-ci il 18 dekabr və “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanları mühüm rol oynayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasının açılışında bir qrup ziyalı ilə görüşündə qeyd edib ki, “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

“Azərbaycan Respublikası daim beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşıb. Buna görə də dövlət müstəqilliyinin bərpasından sonra heç bir dövlətə tarixi ərazilərimizlə bağlı iddia irəli sürməmişik. Lakin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmayan, separatizmə dəstək verən qara qüvvələrə öz yerini göstərmək üçün tarixi ərazilərimiz, o cümlədən Qərbi Azərbaycanla bağlı faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmağımız vacibdir. Bununla yanaşı, Qərbi Azərbaycan ərazisindən zorla çıxarılmış əhalinin dədə-baba yurdlarına geri qayıdışı və beynəlxalq hüquqa uyğun olaraq təmin olunması da qarşıda duran əsas vəzifələrdəndir. Regionda iqtisadi və hərbi gücünə görə lider olan qardaş Türkiyə Cümhuriyyəti kimi güclü müttəfiqi olan Azərbaycan Respublikası bu vəzifələri həyata keçirməyə qadirdir”, - deyə M.Zülfüqarlı bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb