Tariximizin qəhrəmanlıq səhifəsi
Babək, 19 yanvar (AZƏRTAC). Babək Rayon Təhsil Şöbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş “Tariximizin qəhrəmanlıq səhifəsi” mövzusunda anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə məktəblilər ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Sonra tədbir iştirakçıları 20 Yanvar faciəsindən bəhs olunan sənədli filmə baxmışlar. Filmdə ümümmilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 20-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat nümayəndələri qarşısında SSRİ rəhbərlərini Bakıda törətdikləri qanlı qırğına görə kəskin tənqid etməsi və Naxçıvan MR Ali Məclisinin sədri işlədiyi dövrdə 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət verməsi əks olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]