Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tariximizin xanlıqlar dövrünün qiymətləndirilməsinə və siyasi təhlilinə dair fundamental əsər

Tariximizin xanlıqlar dövrünün qiymətləndirilməsinə və siyasi təhlilinə dair fundamental əsər

Bakı, 17 aprel, AZƏRTAC

Akademik Ramiz Mehdiyevin müəllifi olduğu "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabı Azərbaycan tarixşünaslığında, tarixi-fəlsəfi və ictimai-siyasi fikrində xanlıqlar dövrünə daha sistemli, obyektiv və rasional baxışın formalaşmasına imkan yaradan dəyərli, mötəbər elmi-konseptual mənbədir.

Siyasi elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Hikmət BABAOĞLUNUN akademik Ramiz Mehdiyevin yenicə çapdan çıxmış "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" əsəri haqqında analitik məqaləsi bu sözlərlə başlayır. AZƏRTAC məqaləni təqdim edir.

Xalqımızın milli yaddaşında beşminillik dövlətçilik şüuru hakimdir. Azərbaycanın zəngin dövlətçilik tarixinin bəzi dövrləri dönüş nöqtəsi sayıla biləcək çox mühüm mərhələləri özündə ehtiva edir. Yəni, dövlətçilik tariximizdə taleyüklülüyü baxımından digər dövrlərdən fərqlənən siyasi dönəmlər - tarixi mərhələlər mövcuddur. Ona görə də milli dövlətçiliyimizin əsaslarına tarixi reallıqların işığında nəzər salmaq və obyektiv, rasional qənaətlərə gəlmək üçün sistemli elmi tədqiqatların aparılması zəruridir. Çünki Azərbaycanın zəngin dövlətçilik ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Bütövlükdə, dövlətçilik tariximizin mötəbər elmi mənbələrə söykənərək obyektiv, rasional baxış əsasında öyrənilməsi - tədqiq olunması tarixi şüurun formalaşması və milli özünüdərk baxımından strateji əhəmiyyətə malikdir. Çünki tarixi şüur milli şüurun ən əsas komponentlərindən biridir.

Azərbaycanın dövlətçilik tarixinin xanlıqlar dövrünün
başlıca səciyyəvi xüsusiyyətlərinə siyasi-analitik baxış

Azərbaycanın dövlətçilik tarixinin çox mühüm və həlledici mərhələlərindən birini xanlıqlar dövrü təşkil edir. Bu dövrün başlıca səciyyəvi xüsusiyyətlərinə tarixi faktların işığında nəzər saldıqda onun Azərbaycan dövlətçiliyində hansı yerə malik olduğu tam aydın görünür. Məlum olduğu kimi, XVIII əsrin 40-cı illərində Azərbaycan ərazisində müstəqil dövlətlər qismində xanlıqlar yaranmışdı. Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmişdilər, XIX əsrin 20-30-cu illərində isə mərhələli şəkildə Qacar İran dövlətinin və Rusiya imperiyasının nəzarəti altına keçmişdilər. Şəki, Bakı, Qarabağ, Gəncə, Şamaxı, Quba, Dərbənd, Lənkəran, Naxçıvan və İrəvan xanlıqları Şimali, Urmiya, Təbriz, Xoy, Qaradağ, Sərab, Marağa, Maku, Zəncan və Ərdəbil xanlıqları isə Cənubi Azərbaycanda meydana çıxmışdılar. Şimali Azərbaycan ərazisində xanlıqlarla yanaşı, öz ərazisinə və nüfuzuna görə daha kiçik feodal qurumları olan sultanlıqlar, məlikliklər mövcud idi. İlisu, Qəbələ, Ərəş, Qazax-Şəmşəddil sultanlıqları fəaliyyət göstərirdilər.

Xanlıqlar dövrünü tədqiq edən tarixçilərin bu dönəmə dair bir çox məsələlərlə yanaşı, xanlıqlarda idarəetmə formasını da araşdırma predmetinə çevirmələri mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, xanlıqlar dövründə mövcud idarəetmə formasının mahiyyətinə dair ümumiləşmiş qənaət ifadə etmək üçün dövlət idarəçiliyi və hakimiyyət strukturu məsələsinin elmi-nəzəri əsaslarına diqqət yetirmək məqsədəmüvafiqdir. Dövlət idarəçiliyi və onun əsaslarının öyrənilməsi sosial elmlərin mühüm tədqiqat obyekti qismində çıxış edir. Siyasi, iqtisadi, mədəni, hərbi, sosial və digər sahələrdə idarəetmə ilə bağlı konseptual xarakterli, mühüm elmi-nəzəri əhəmiyyətə malik olan tədqiqatlar mövcuddur. Bu məsələ kontekstində hakimiyyət strukturunun forması və xarakteristikası da tədqiqat obyektinə çevrilir. Başqa sözlə, siyasətşünaslıq elmində idarəetmənin əsasları kontekstində tədqiqat predmetinə çevrilən nəzəri-empirik məsələlərdən biri də hakimiyyət və onun funksionallığıdır. Siyasətşünaslıqda idarəetmə sistemində hakimiyyətin səlahiyyət və funksiyalarını yerinə yetirməsinin optimal və səmərəli forması məhz "hakimiyyət bölgüsü" prinsipi əsasında müəyyənləşsə də, xanlıqlar dövrü tariximizdə bunu müşahidə etmək mümkün deyil. Məhz bu elmi-nəzəri və empirik əsasları rəhbər tutaraq xanlıqlar dövründə idarəetmə formasına nəzər saldıqda idarəetmədə praktiki olaraq təkhakimiyyətlilik prinsipinin hökm sürdüyünü aydın görmək olur. Bu, bizə xanlıqlar dövründə hakimiyyət strukturunun funksionallığı və səciyyəvi xüsusiyyətləri barədə dəqiq elmi-nəzəri qənaət əldə etməyə imkan verir. Məlum olduğu kimi, xanlıqlarda təkhakimiyyətlilik xanın qeyri-məhdud hakimiyyətə malik olmasında özünü göstərirdi. Eyni zamanda, hakimiyyətin digər qolu olan məhkəmə hakimiyyəti də məhz xanın əlində cəmləşmişdi, o, hətta ölüm hökmü vermək, yaxud bu cəza növünə məhkum olunmuş şəxsləri əfvetmə səlahiyyətinə malik idi. Xanın yanında məşvərət funksiyasına malik Divanın fəaliyyət göstərməsi isə, bir növ, qanunvericilik orqanının mövcudluğundan xəbər verirdi. Divanda, əsas etibarilə, sülh bağlamaq, müharibə elan etmək, vergilər qoymaq məsələləri müzakirə olunurdu. Belə şuralar Şəki, Şamaxı, Quba və Qarabağ xanlıqlarında mühüm institusional mexanizm kimi kifayət qədər nüfuza malik idi. Xanın qəbul etdiyi qərarlarda bir sıra hallarda Divanın və ya Məşvərət şurasının mövqeyinin həlledici rola malik olması isə müəyyən mənada qanunverici orqanın icra hakimiyyəti üzərində təsirini göstərən faktlardan idi.

Xanlıqlar dövründə separatizm və mərkəzdənqaçma meyilləri: mərkəzləşmə prinsipindən uzaqlaşma milli dövlətçiliyin əsaslarının zəifləməsinə xidmət edən amil kimi

Xanlıqlar dövrünü tədqiq edən tarixçi-alimlərin diqqət yetirməsi zəruri olan məsələlərdən biri bu dönəmdə mərkəzdənqaçma meyillərinin sürətlənməsi, separatizmə rəvac verən qərarların qəbul olunması, addımların atılması idi ki, bu, son nəticədə Azərbaycan dövlətçiliyinin bəhs olunan tarixi mərhələdə mərkəzləşmə prinsipindən uzaqlaşmasını göstərirdi. Məlumdur ki, beşminillik tarixə malik olan Azərbaycan dövlətçiliyinin Səfəvilər dövründə növbəti mərkəzləşmə prosesinin əsası qoyulmuş, Nadir şah Əfşarın hakimiyyəti illərində isə bu, bir qədər də möhkəmləndirilmişdi. Bu, dövlətçilik ənənələrinin qorunması, mərkəzdənqaçma meyillərinin, siyasi deviasiya hallarının neytrallaşdırılması baxımından çox mühüm əhəmiyyətə malik idi. Sabitlik və tərəqqini təmin edən siyasi formula olan mərkəzləşdirmə prosesinin aradan qaldırılması isə dövlətçiliyin əsaslarının zəiflədilməsi, suverenliyin məhdudlaşdırılması, hətta sıradan çıxmasına xidmət edəcəkdi. Bu, məhz xanlıqlar dövründə baş verdi. Bundan başqa, xanlıqlar arasında nüfuz və yeni ərazilər uğrunda mübarizənin şiddətli, kəskin xarakter daşıması həmin dövrdə Azərbaycan dövlətçiliyinin əsaslarının zəifləməsini şərtləndirən mənfi amil qismində çıxış edirdi. Həmin dönəmin Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi, ideoloji və mədəni tənəzzül dövrü kimi xarakterizə edilməsi heç də təsadüfi xarakter daşımır.

Tarixşünaslığımıza dəyərli töhfə: xanlıqlar dövrünə yeni elmi-fəlsəfi və rasional baxış

Bütövlükdə, Azərbaycanın siyasi tarixinin xanlıqlar dövrü bir sıra xarakterik xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu zamana qədər sözügedən məsələ ilə bağlı müxtəlif elmi-tədqiqat işləri, araşdırma nümunələri ortaya qoyulsa da, bu tarixi mərhələ indiyə qədər yetərincə tədqiq olunmamışdı, mövcud faktlar və reallıqlar sənədlərə əsaslanaraq dolğun surətdə elm ictimaiyyətinin diqqətinə təqdim edilməmişdi. Lakin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabı tarixi faktlara, elmi əsaslara söykənməklə yanaşı, zəngin fikir və mülahizələrlə xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhlərin aradan qaldırılması baxımından böyük əhəmiyyətə malikdir. Müəllif ilk dəfə olaraq həmin dövrü siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətcə yeni kontekstdə təhlil edib. Akademik Ramiz Mehdiyev həmin dövrün tarixi-siyasi xarakteristikasına nəzər yetirərək yazır: "Azərbaycanda mərkəzləşdirilmiş idarəçilik sisteminin əsaslarının məhv edilməsi, həmçinin milli mədəniyyətimizin, təsərrüfat həyatının tənəzzülünə səbəb olmuş feodal hərc-mərcliyi və bitib-tükənməyən ara müharibələri ilə müşayiət edilən, ən nəhayət, tarixi torpaqlarımızın ikiyə bölünməsinə gətirib çıxaran bu keşməkeşli dövr tarixşünaslığımızda hələ də öz layiqli siyasi qiymətini almamışdır".

Şübhəsiz ki, haqqında bəhs olunan kitabın Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində yazılması atılmış çox mühüm elmi addımdır. Çünki tarixin düzgün dəyərləndirilməsi, ona rasional və obyektiv baxışın formalaşdırılması, müxtəlif dövrləri əhatə edən tarixi faktlar və reallıqların gələcək nəsillərə düzgün çatdırılması hər bir xalq üçün strateji əhəmiyyətə malikdir. Akademik Ramiz Mehdiyev yeni kitabında haqlı olaraq qeyd edir ki, tarix keçmişi, bu günü və sabahı bir-birinə möhkəm tellərlə bağlayan bir keçid, körpüdür: "Keçmişi bilmədən bu günə və gələcəyə keçmək qeyri-mümkündür. Keçmişimizi öyrənmək üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə və təyinatına olan münasibətimizi dəyişməli, anlayışların zahirindən daha çox, onların daxilini görməyə, anlamağa vərdiş etməliyik".

Tariximizin xanlıqlar dövrünün siyasi irsinin 22 orijinal sənəd əsasında tədqiq edilməsi 
mühüm elmi-nəzəri, konseptual və tarixi-siyasi əhəmiyyətə malikdir

Akademik Ramiz Mehdiyevin "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabının elm ictimaiyyətinin böyük marağına səbəb olması təsadüfi xarakter daşımır. Əsər bir çox məziyyətləri ilə diqqəti cəlb edir. Əvvəla qeyd edək ki, kitab müxtəlif arxiv materialları, mühüm tarixi qaynaqlar ilə zəngindir. Əsərə 22 orijinal sənəd daxil edilib və bu sənədlərin hər biri müqayisəli təhlil metodu əsasında tarixi faktlar üzrə və siyasi-analitik yanaşma kontekstində dərin təhlil edilib. Tarixşünaslığımıza dəyərli töhfə olan bu kitabda müəllif xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar, mötəbər elmi mənbələr əsasında obyektiv qiymət verib, sözügedən istiqamətlərə dair arxiv sənədlərində əks olunan məqamlar dolğun surətdə diqqətə çatdırılıb. Şübhəsiz ki, nəşrdə təqdim edilən, müvafiq interpretasiyalarla müşayiət olunan sənədlər həm xanlıqlar dövrünün, həm də müxtəlif tarixi dönəmlərin real mənzərəsinə aydınlıq gətirmək üçün böyük elmi əhəmiyyətə malikdir.

Akademik Ramiz Mehdiyevin qələmə aldığı əsərin daha bir məziyyəti odur ki, kitabda tanınmış alimlərin xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilib, həmin dövrün mühüm şəxsiyyətləri barədə məlumatlar əks olunub. Daha dəqiq desək, Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə Qacar, Fətəli şah Qacar, Qarabağ xanı İbrahimxəlil xan, Gəncə xanı Cavad xan, Şəki xanı Səlim xan, general Pavel Sisianov haqqında məlumatlar həm mötəbər mənbələr, həm də müəllifin elmi-analitik qənaətləri əsasında diqqətə çatdırılıb. Bundan başqa, kitabda birinci və ikinci Rusiya-İran müharibələri, həmçinin Kürəkçay müqaviləsi barədə də zəngin faktlara söykənən elmi mülahizələr öz əksini tapıb. Əsərdə türkiyəli tarixçi F.Sümərin, iranşünas və şərqşünas alimlər M.İvanovun, K.Bosvortun, Y.Krımskinin və başqalarının xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilməsi də mühüm yeniliklərdən biridir.

"Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabında əks olunan çox mühüm məqamlardan biri həmin mərhələdə mərkəzləşdirilmiş idarəçilik sisteminin əsaslarının tamamilə sıradan çıxarılmasının, mərkəzdənqaçma meyillərinin artmasının Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmlənməsinə mənfi təsirinin tarixi-siyasi və elmi-fəlsəfi kontekstdə təhlil edilməsidir. Müəllif belə bir analitik qənaət ifadə edir ki, xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin və xalqının taleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Qeyd olunur ki, məhz bu dövrdə Azərbaycan dövlətçiliyi mərkəzləşmə prinsipindən məhrum olur. Vaxtilə Səfəvi şahlarının, xüsusən Şah İsmayıl Xətainin və Nadir şahın hərbi dühası və siyasi məharəti hesabına yaradılan, Azərbaycan türklərinin titul xalq statusunda idarə etdikləri böyük bir coğrafiyada irili-xırdalı onlarca feodal dövlətin meydana gəlməsi siyasi böhranla yanaşı, böyük iqtisadi və mədəni tənəzzülə aparıb çıxarır. Akademik Ramiz Mehdiyev haqlı olaraq xanlıqlar dövrünün tarixi şüurumuzda feodal hərc-mərcliyinin sinoniminə çevrildiyini vurğulayır.

Tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur

Əsərin mühüm məziyyətlərindən biri də komparativ təhlil metodu əsasında xanlıqlar dövrünün siyasi hadisələrinin müasir dövrdəki analoji proseslərlə müqayisə edilməsidir. Sirr deyil ki, dövlətçilik tariximizin xanlıqlar mərhələsi və müasir dövrdə Azərbaycan xalqının üzləşdiyi ən ağır problem torpaqlarımızın itirilməsidir. Akademik Ramiz Mehdiyev yazır ki, Azərbaycan xanları vaxtilə birləşib ümumi düşmənə qarşı vahid cəbhədən çıxış edə bilsəydilər, böyük ehtimalla torpaqlarımızın bu qədər asanlıqla və qısa zamanda işğalı da mümkün olmayacaqdı. Müvafiq olaraq ermənilərin Vətənimizə kütləvi şəkildə köçürülməsi və gələcəkdə Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması perspektivi də sual altına düşəcəkdi. Müəllif bütövlükdə bəhs olunan kitabda bu məsələyə xüsusi diqqət yetirib, səbəblər və nəticələrə elmi yanaşma əsasında nəzər salıb. Akademik Ramiz Mehdiyev haqlı olaraq qeyd edir ki, tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur. Əsərdə vurğulanır ki, xanlıqlar dövrü ilə müstəqilliyimizin ilk illəri arasında mövcud olan kədərli oxşarlıqlardan daha biri isə torpaqlarımızın itirilməsi ilə bağlıdır: "Əgər xanların özbaşınalığı və separatçı davranışları Şimali Azərbaycanın çarizm tərəfindən işğalı və 1828-ci il Türkmənçay sazişinin müddəalarına əsasən İran ermənilərinin Qarabağa, Naxçıvana və İrəvana köçürülməsi ilə yekunlaşmışdısa, ötən əsrin 90-cı illərinin əvvəlində üzləşdiyimiz vəziyyət Ermənistanın öz havadarlarının birbaşa dəstəyi sayəsində Dağlıq Qarabağı, həmçinin onun ətrafındakı 7 rayonu qəsb etməsi ilə nəticələndi".

Akademik Ramiz Mehdiyev hər iki dövrə nəzər salaraq mərkəzdənqaçma və separatizm meyillərinin Azərbaycan dövlətçiliyinə qarşı yaratdığı təhdidlərin mümkün nəticələrini diqqətə çatdırır. Müəllif Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi rolundan və misilsiz xidmətlərindən bəhs edir. Həqiqətən də, Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, ölkəmizdə milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi ulu öndər Heydər Əliyevin xalqımızın qarşısında tarixi xidmətləri misilsizdir. Bunlardan biri də, heç şübhəsiz, Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması, milli həmrəyliyin təmin olunması və ölkəmizin gerçək müstəqilliyinin əldə edilməsidir. Həmin dövrə nəzər salsaq, görərik ki, ümummilli lider Heydər Əliyev böyük dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin necə olmasını dəqiq cizgilərlə qura bilirdi. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu. Məhz Ulu Öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan müstəqil dövlət - formal yox, həqiqi müstəqil dövlət kimi tanındı. Bəlli olduğu kimi, 1991-1993-cü illər ərzində xarici kəşfiyyat orqanlarının siyasi-ideoloji qarşıdurma poliqonuna çevrilən Azərbaycanın ciddi xaos və kataklizmlərlə qarşı-qarşıya qalması ölkəmizin müstəqilliyini itirmək təhlükəsini meydana çıxarmışdı. Əslində, bu dövrdə ölkəmizin nisbi müstəqilliyindən belə danışmaq olmazdı, çünki hakimiyyətdə olan qüvvələrin öz funksiyalarını yerinə yetirə bilməmələri hakimiyyət böhranı və anarxiyanın meydana çıxmasına səbəb olmuşdu. Ümummilli lider Heydər Əliyevin real ictimai-siyasi tələblərin zərurəti kontekstində ikinci dəfə siyasi hakimiyyətə qayıtması isə xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bundan sonra ölkədə siyasi sabitlik təmin edildi, xaos və kataklizmlərin qarşısı məharətlə alındı. Ulu öndər Heydər Əliyevin zamanında atdığı praqmatik addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistemli, kompleks tədbirlərin görülməsi nəticə etibarilə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu prosesinin başlanmasını mümkün edən strateji amil oldu. Ümummilli Lider tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Beləliklə, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan tarixində ən yeni eranın əsasını qoyan, dövlətçiliyi bərpa edən, onun ideoloji, iqtisadi və siyasi əsaslarını formalaşdıran böyük dövlət xadimidir. Digər tərəfdən, Ulu Öndər özünü dövlətlə identifikasiya edəcək fərdlərin şüurunda inqilab yaratdı. Məlumdur ki, XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə etnik, regional, sosial-ideoloji zəmində separatçılığa söykənən tendensiya hökm sürürdü. Azərbaycan cəmiyyətinin daxili və mürəkkəb mikrostrukturunun təbəqələri heç də müstəqil dövləti milli sərvət kimi qəbul etmirdilər, ona görə də bu düşüncəni dəyişmək lazım idi. Böyük dövlət xadimi, dahi siyasətçi Heydər Əliyev buna nail olmağı bacardı. Akademik Ramiz Mehdiyev bu məqamlara toxunaraq yazır: "Tam əminliklə bildirirəm ki, əgər o dövrdə tarix səhnəsində Azərbaycan xalqının Ümummilli Lideri, zəngin idarəçilik təcrübəsinə malik, böyük siyasi iradə və səriştə sahibi Heydər Əliyev olmasa idi, bəzən ayrı-ayrı şəxslərin hakimiyyət hərisliyi ucbatından, bəzən isə xarici qüvvələrin əmri ilə alovlanan separatçılıq atəşində gənc dövlətçiliyimiz yanıb külə dönəcəkdi".

"Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabı tarixçi-alimlər üçün "yol xəritəsi" olmaqla yanaşı, yeni elmi-tədqiqat əsərlərinin yaradılması üçün mötəbər elmi mənbə səciyyəsi daşıyır

Nəticə etibarilə, "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabı da akademik Ramiz Mehdiyevin bundan öncəki fundamental tədqiqatları kimi böyük elmi-nəzəri və konseptual əhəmiyyətə malikdir. Kitabda müqayisəli və hərtərəfli elmi təhlil metodu əsasında tarixşünaslığımızda ilk dəfə olaraq xanlıqlar dövrünün siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətcə yeni konseptual dəyərləndirilməsi aparılıb. Əsər, həmçinin bu istiqamətdə yeni tədqiqatlar üçün geniş imkanlar yaradır. Başqa sözlə, bu kitabı tarixçi-alimlər üçün "yol xəritəsi" kimi də xarakterizə etmək olar. Akademik Ramiz Mehdiyev yazır: "Tarixçilərimiz, filosoflarımız, ədəbiyyatşünaslarımız, mədəniyyətşünaslarımız onu da unutmamalıdırlar ki, keçmişin irsindən qorxmağa, yaxud ehtiyatlanmağa lüzum yoxdur. Onu olduğu kimi qəbul edib öyrənmək, müsbət tərəflərini və qüsurlarını obyektiv şəkildə göstərmək və ədalətli qiymətləndirmə əsasında ictimaiyyətə ötürmək lazımdır. Tarixi mirasla işləyərkən, əslində, tamam başqa bir məsələdən - hansısa siyasi-ideoloji səbəblərdən, yaxud təəssübkeşlik ucbatından ört-basdır etməyə çalışdığımız və ya mahiyyətini təhrif edərək çatdırdığımız faktların sonradan aşkara çıxarıldığı zaman xalqda, cəmiyyətdə yaradacağı məyusluqdan, ruh düşkünlüyündən və psixoloji sarsıntıdan ehtiyatlanmaq lazımdır".

Bütövlükdə, peşəkar tarixçilər və mənbəşünaslar, həmçinin Azərbaycan tarixi ilə dərindən maraqlanan oxucular üçün nəzərdə tutulan nəşr Azərbaycan tarixşünaslığında, tarixi-fəlsəfi və ictimai-siyasi fikrində sözügedən məsələyə daha sistemli, obyektiv və rasional baxışın formalaşmasına imkan yaradan dəyərli, mötəbər elmi-konseptual mənbədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq