Təbiətə vurulmuş ziyana görə cərimələr tətbiq olunmuşdur
Bakı, 31 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) bir qrup vətəndaş tərəfindən Kürdəxanı bağ sahələrindən qumun daşınaraq bitki örtüyünün məhv edilməsi ilə bağlı şikayət ərizələri daxil olmuşdu.
ETSN-dən AZƏRTAC-a bildirilmişdir ki, faktlar nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır.
Araşdırma zamanı Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları massivində “KamAZ” markalı AZ 58 BA 633 dövlət nömrə nişanlı, “HOVVO” markalı AZ 90-639 dövlət nömrə nişanlı, “ZİL” markalı AZ 20 AC 333 dövlət nömrə nişanlı, Pirşağı qəsəbəsinin Xəzər dənizi sahilində “KamAZ” markalı AZ 58 BA 630 dövlət nömrə nişanlı və “OAMKZ” markalı avtomobillər vasitəsilə qum daşınması faktları aşkarlanmış, təqsirkarlar barəsində akt və protokol tərtib edilmişdir.
Pirşağı qəsəbəsinin sahil zonasında və “Qızılqum” sanatoriyası ilə Xəzər dənizi arası ərazidə yükləyicilər tərəfindən dövlət nömrə nişanı olmayan yük maşınlarına qum yüklənməsi faktı müəyyənləşdirilərək sənədləşdirilmişdir.
Təbiətə vurulmuş ziyana görə cavabdeh şəxslər inzibati qaydada 3600 manat məbləğində cərimə olunmuş, fiziki şəxslərə qarşı isə ümumilikdə 3130 manat məbləğində iddia qaldırılmışdır.
Qeyd olunan ərazilərdən qum daşınmasının qarşısının alınması istiqamətində birgə tədbirlərin keçirilməsi məqsədi ilə ETSN tərəfindən Daxili İşlər Nazirliyinə müraciət olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]