Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təbiətin silə bilmədiyi izlər: Bakı uğrunda döyüşlərin yadigarı olan səngərlər – REPORTAJ VİDEO

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan torpağının hər qarışı, daşı bir tarixdir. Bu tarix bəzən səssiz qalır, təbiətin də silə bilmədiyi izlər qoyur.

Abşeron rayonunun Məmmədli kəndindəki “Yanardağ” Dövlət Tarix, Mədəniyyət və Təbiət Qoruğundakı səngərləri də buna misal göstərmək olar. 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad edilməsi zamanı Qafqaz İslam Ordusunun keçdiyi döyüş yollarının nişanələri bu gün də burada görünməkdədir.

Məmmədli kəndinin yüksəkdə yerləşməsi əlverişli olub

Araşdırmaçı Günay Rzayeva AZƏRTAC-a açıqlamasında deyib ki, tarix boyunca ermənilər müxtəlif dövrlərdə soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər. “böyük Ermənistan” ideyalarını həyata keçirmək üçün qarşılarına məqsəd qoyan ermənilər dəfələrlə türk-müsəlman əhalisini doğma yurdlarından deportasiya edib və onlara qarşı vəhşicəsinə soyqırımlar törədiblər: “Tarixə mart soyqırımları kimi düşmüş hadisələr türk-müsəlman əhalisinə qarşı törədilmiş soyqırımı idi. 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəsəbələrdə kütləvi qırğınlar törədildi. Bu soyqırımlar təkcə Bakıda deyil, Azərbaycanın bütün kənd və qəsəbələrində də həyata keçirilirdi.

Azərbaycan Milli Şurası 1918-ci il iyunun 4-də Batumidə Osmanlı dövləti ilə bağladığı hərbi və siyasi müqavilənin 4-cü maddəsinə əsaslanaraq Osmanlı hökumətindən hərbi yardım istədi. Bu dövrdə Osmanlı dövləti bir çox cəbhələrdə düşmənlə mübarizə aparmasına baxmayaraq, Bakının dəstək istəyinə biganə qala bilməzdi. Osmanlı dövləti Azərbaycana ordu göndərmək qərarı verir. O dövrdə Osmanlı dövlətinin hərbi generalı olmuş Ənvər paşa bu ordunun komandanlığına öz qardaşı Nuru paşanı təyin edir. Beləliklə, Nuru paşanın başçılığı ilə Qafqaz İslam Ordusu Azərbaycanın müxtəlif ərazilərində ermənilərin tərk-silah edilməsi üçün bir çox döyüşlər həyata keçirib. Bölgələrdə əldə olunmuş qələbələrdən sonra əsas hədəf Bakı və onun ətraf kəndləri idi. Döyüşlərin baş verdiyi kəndlərdən biri də Abşeron yarımadasında yerləşən Məmmədli kəndi və Yanardağ ərazisi olub. Bakı və onun ətraf kəndlərində gedən döyüşlərdə Məmmədli kəndi və Yanardağ ərazisinin adı Qafqaz İslam Ordusunun sənədlərində və Nuru paşanın xatirələrində tez-tez çəkilirdi.

Türk Qafqaz İslam Ordusu Bakını və ətraf kəndləri nəzarət altına almaq məqsədilə bir çox məntəqələrdən, o cümlədən Binəqədi kəndindən və ona yaxın olan Yanardağ ərazisindən düşmənin müdafiə xətlərinə hücum etmək üçün hərəkətə keçmişdi. Həftələrlə davam edən qızğın döyüşlərin nəticəsi olaraq avqustun 31-də Məmmədli kəndi, ona qonşu Digah kəndi və Yanardağ ərazisində yerləşən dəniz yüksəklikdəki təpə tamamilə 38-ci alay tərəfindən nəzarət altına alınmışdı”.

Məmmədli kəndinin yüksək təpəliklərdə yerləşməsi strateji cəhətdən əlverişli olub. Bunu nəzərə alaraq, Qafqaz İslam Ordusunun komandanı Nuru paşa əsgərləri ilə Bakını düşmənlərdən azad etmək üçün burada səngər yerləri qazdırıb. Hazırda səngər izlərini indiki “Yanardağ” Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğunun ərazisində aydın şəkildə görmək mümkündür.

Səngərlər Bakının azad edilməsində mühüm rol oynayıb

Bakı döyüşünün mühüm tarixi hadisə olduğunu deyən “Yanardağ” Dövlət Tarix, Mədəniyyət və Təbiət Qoruğunun elmi işçisi İradə Mehdiyeva o dövrün hərbi şəraitini və açıq ərazidə əsgərlərin döyüşməsinin çətin olduğunu xatırladıb. O, həmin yerlərdə səngərlərin mövcudluğunun mühüm tarixi fakt olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, səngərlər əsgərlərin itkisinin qarşısını almağa və hücumların həyata keçirilməsinə kömək edib. Həmin səngərlər Yanardağ ərazisindəki 364 nömrəli təpədə yerləşir. Onlar burada Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə vuruşaraq, Bakını azad etməsində mühüm rol oynayıb. “Sentyabrın 15-də Bakının azad olunması təkcə bu şəhərin xilas edilməsi deyil, bir xalqın müstəqilliyi uğrunda mübarizəsinin simvolu idi”, - deyə İradə Mehdiyeva diqqətə çatdırıb.

Məmmədli kəndində dəfn olunan türk şəhidləri

O dövrə aid tarixin izləri bununla yekunlaşmır, bura 2 türk şəhidinin əbədi mənzilinə də çevrilib. Belə ki, Abşeron rayonunun Məmmədli kəndinin qədim Şahsevənli məhəllə qəbiristanlığında 1918-ci ildə qəhrəmancasına şəhid olmuş 2 türk əsgəri dəfn edilib. Həmin hadisədən 100 ildən çox keçməsinə baxmayaraq, qəbirlərin olduğu yer əhali tərəfindən unudulmayıb və yerli sakinlər tərəfindən qorunur.

Araşdırmaçı Günay Rzayevanın sözlərinə görə, sonrakı araşdırmalarda Yanardağ ərazisində baş verən döyüşlərdə iştirak edən daha 7 türk şəhidinin adı da məlum olub. Təəssüf ki, onların məzarlarının yeri məlum deyil.

Şanlı tariximizin bir parçası olan türk əsgərlərinin məzarlarını ziyarət etdik, ruhları qarşısında ehtiramımızı və qardaşlığa sədaqətimizi ifadə etdik. Onların məzarları önündə dayanarkən insan azadlığın və qardaşlığın hansı böyük fədakarlıqlar hesabına qazanıldığını daha dərindən anlayır. Bu ziyarət yaddaşımıza həm minnətdarlıq, həm də gələcək nəsillərə ötürülən tarixi bir vəfa borcu kimi həkk olundu.

Həmin səngərlər təkcə torpaqda qalan izlər deyil, həm də Azərbaycanın azadlığı uğrunda yazılmış tarixin canlı şahidləridir. Yanardağın ətrafında rast gəlinən bu tarixi izlər, Azərbaycanın hər qarış torpağının necə böyük bir keçmişə sahib olduğunu bir daha xatırladır.

Müxbir – Göyçək Mahmudlu
Fotoqraf – Orxan Kərimov
Videooperator – İlham Nadirov
Təbiətin silə bilmədiyi izlər: Bakı uğrunda döyüşlərin yadigarı olan səngərlər –  REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir