TƏBRİZDƏ XOCALI SOYQIRIMI İLƏ BAĞLI ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Təbriz, 24 fevral (AZƏRTAC). Azərbaycanın Təbrizdəki baş konsulluğunda Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Mərasimdə Türkiyənin Təbrizdəki baş konsulluğunun bütün kollektivi, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri iştirak etmişlər.
Salonda Xocalı soyqırımından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin faciə və fəsadlarından bəhs edən kitab, jurnal və bukletlərdən ibarət sərgi, Xocalı soyqırımını əks etdirən fotogüşə düzəldilmişdir.
Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra “Erməni terrorizmi” sənədli-tarixi filmi nümayiş etdirilmişdir. İştirakçılara Xocalı soyqırımı ilə bağlı kitablar və digər yazılı vəsaitlər paylanmışdır.
Mərasimdə çıxış edən baş konsul Ayxan Süleymanov Azərbaycana qarşı həyata keçirilən erməni təcavüzünün tarixindən bəhs edərək demişdir ki, zaman-zaman qədim Azərbaycan torpaqlarını zəbt edən erməni millətçiləri bir neçə dəfə Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişlər. Xocalı faciəsi bu soyqırımlarının ən dəhşətlisi, müasir dünyada insanlığa və beynəlxalq hüquq normalarına qarşı törədilən təcavüzdür.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]