Təhsil İnstitutu “Data elmi, analitika və yeni trendlər” mövzusunda vebinar təşkil edəcək
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil İnstitutu iyunun 24-də “Data elmi, analitika və yeni trendlər” mövzusunda vebinar keçirəcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarda data elminin əhəmiyyəti və təhsil sahəsində nəzərə alınmalı məqamlar kimi mövzulara toxunulacaq.
Tədbirin spikeri Ottava Universitetində Telfer Menecment Məktəbinin Menecment analitikası üzrə fəlsəfə doktoru Vüsal Babaşov olacaq. O, bakalavr təhsilini Qafqaz Universitetində Sənaye mühəndisliyi ixtisası üzrə alıb. Daha sonra 2010-cu ildə ABŞ-ın Pittsburq Universitetində sənaye mühəndisliyi və 2012-ci ildə Kanadanın Qərb Universitetində biostatistika ixtisasları üzrə magistr dərəcəsi qazanıb. Vüsal Babaşovun elmi araşdırma sahələrinə analitika, optimizasiya, dinamik proqramlaşdırma və s. daxildir.
Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. Azərbaycan dilində keçiriləcək tədbirdə iştirak etmək üçün qeydiyyat iyunun 22-dək aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [19:41]
YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib
- 14.10.2026 [18:00]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [17:25]
BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]