Təhsil kreditindən yararlanan tələbələrin TOP 5 universitet üzrə statistikası açıqlanıb
Bakı, 6 iyul, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondu bu günə qədər müvafiq kreditdən yararlanan tələbələrin TOP 5 universitet üzrə statistikasını açıqlayıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, TOP 5 siyahısında Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və Bakı Biznes Universiteti yer alır.
Azərbaycan Dövlət İqtisad Universitetindən 1369 tələbə təhsil krediti alıb. Bunlardan 334-ü sosial, 1035-i standart kreditdir.
Gəncə Dövlət Universitetindən 1265 tələbə təhsil krediti alıb. Bunlardan 462-si sosial, 803-ü standart kreditdir. Azərbaycan Texniki Universitetindən 1070 tələbə təhsil krediti alıb. Bunlardan 423-ü sosial, 647-si standart kreditdir. Bakı Dövlət Universitetindən 978 tələbə təhsil krediti alıb. Bunlardan 309-u sosial, 669-u standart kreditdir. Bakı Biznes Universitetindən 874 tələbə təhsil krediti alıb. Bunlardan 342-si sosial, 503-ü standart kreditdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]