Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tələbə gənclər Azərbaycanı tanıtmaqda və təbliğ etməkdə böyük qüvvədir

Strasburq, 13 mart (AZƏRTAC) . Martın 12-də Strasburqda Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Tələbələr Forumu (ASAİF ) öz işini davam etdirmişdir.

ASAİF-in sədri Orxan Əkbərov tədbirin gündəliyini açıqlamış və forumun dörd bölmə üzrə öz işinin davam etdirəcəyi barədə məlumat vermişdir.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə keçirilən “Şəbəkələşmə və Azərbaycanı təmsil etməyin yeni yolları” adlı bölmədə iştirakçılar xaricdə təhsil alan azərbaycanlı gənclərlə diaspor təşkilatlarımız arasında şəbəkələşmənin rolundan danışmış, onun müxtəlif yolları ilə bağlı təkliflər irəli sürmüşlər.

Azərbaycanı təmsil etməyin yeni yolları ilə bağlı məsələ daha qızğın müzakirələrə səbəb olmuşdur. Tələbələr bununla bağlı müxtəlif təkliflər vermişlər. Bu istiqamətdə internetin xüsusi rolu qeyd olunmuşdur.

Böyük Britaniyada fəaliyyət göstərən Avropa-Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərov rəhbərlik etdiyi qurumun yaşadıqları ölkənin əhalisinə Azərbaycanı tanıtmaq, onun qədim tarixi, zəngin mədəniyyəti, ədəbiyyatı, incəsənəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaq istiqamətində apardığı işlərdən söhbət açmışdır.

Moderatoru Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun olduğu “İnsan kapitalı-Azərbaycanın inkişaf prioriteti” bölməsində tələbələr və digər qonaqlarla dövlətimizin neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirdiyi siyasət haqqında geniş fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması ilə bağlı müvafiq Dövlət Proqramı dünyanın inkişaf etmiş əksər ölkələrinə nümunədir.

Xaricdə təhsilini bitirərək doğma Vətəninə qayıdan gənclərin ölkədəki fəaliyyəti ətrafında da ciddi fikir mübadiləsi aparılmışdır. Xaricdə təhsil alan gənclərimizin Azərbaycanı yaşadıqları ölkələrdə tanıtmaqda böyük qüvvə olduğu diqqətə çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun rəhbərlik etdiyi “Gənclik və ictimai diplomatiya” bölməsində Azərbaycan gəncləri bu gün respublikamızın xaricdə elçiləri olaraq onun tanınması və təqdimatı məsələlərində ölkəmizin işğalçı Ermənistan ilə informasiya müharibəsində hansı işləri görə bilmələri ilə bağlı müzakirələr olmuşdur. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və tarixinin təqdimatı ilə əlaqədar konkret bir layihə ətrafında da fikir mübadiləsi aparılmışdır. Azərbaycanın təqdimatına xidmət edən məlumatların hazırlanması, müxtəlif akademik konfransların keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeni formada təqdim yollarından danışılmışdır.

Gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında keçən “Azərbaycançılıq-gənclik naminə birlik” bölməsində iştirak edən tanınmış mütəxəssislər və tələbələr mövzu ilə bağlı ciddi müzakirələr aparmışlar. Qeyd olunmuşdur ki, azərbaycançılıq geniş mənada Azərbaycan mədəniyyətinin, dilinin, tarixi və ədəbiyyatının təbliği üzərində qurulmuşdur. Bütün bunların mərkəzində dayanan isə Azərbaycan vətəndaşlığıdır. Qeyd edilmişdir ki, ölkəmizdə çoxlu sayda müxtəlif dildə danışan vətəndaşlarımız vardır. Onları birləşdirən məhz azərbaycançılıqdır. Azərbaycançılığı müəyyən edən əsas amil isə Azərbaycan dilidir. Azərbaycanda yaşayan bütün xalqlar bu dil vasitəsilə biri-biri ilə ünsiyyət yarada bilirlər.

Fasilədən sonra öz işini davam etdirmiş forumda Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacda səfiri Elçin Əmirbəyov, Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfir, ölkəmizin Avropa İttifaqı yanında daimi nümayəndəsi Emin Eyyubov, İngiltərədəki səfir Fəxrəddin Qurbanov, Niderland Krallığındakı səfir Fuad İsgəndərov, Macarıstandakı səfir Vilayət Quliyev, Almaniyadakı səfir Pərviz Şahbazov və Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi, səfir Arif Məmmədov tələbələrin müxtəlif məzmunda suallarına cavab vermişlər.

Forumun işinə yaxından dəstək vermiş gənclər və idman naziri Azad Rəhimova, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanova, təhsil nazirinin müavini Elmar Qasımova, səfir Arif Məmmədova və bir qrup tələbəyə ASAİF-in mükafatları təqdim edilmişdir.

A.Rəhimov, E.Aslanov, E.Qasımov və A. Məmmədov forumun əvvəlində çıxış edərək belə tədbirlərin gənclərin Vətən və respublika Prezidenti ətrafında sıx birləşməyə sövq etdiyini, onlarda doğma Azərbaycana qarşı məhəbbət hissi aşıladığını, Azərbaycanı təhsil aldıqları ölkədə layiqincə təmsil etməyə, ölkəmizi tanıtmaq işinə səfərbər etdiyini bildirmişlər. Qeyd etmişlər ki, bu səbəbdən belə forumların gələcəkdə digər ölkələrdə də təşkili diqqət mərkəzində olmalıdır.

Sonda Azərbaycan incəsənət ustalarının konserti olmuşdur. Əməkdar Artist Tünzalə Ağayevanın ifa etdiyi xalq mahnıları, gənc cazmen Emil Əfrasiyabın səsləndirdiyi musiqi nömrələri alqışlarla qarşılanmışdır.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür VİDEO

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür VİDEO

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır VİDEO

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır VİDEO