Təlimlərdə iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib
Bakı, 3 mart, AZƏRTAC
Genişmiqyaslı komanda-qərargah təlimlərinin planına uyğun olaraq döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromlara çıxarılıb və hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.