“Təmiz şəhər” ASC Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasının üzvlüyünə qəbul edilmişdir
Bakı, 21 dekabr (AZƏRTAC). “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasının (BBMTA) üzvlüyünə qəbul edilmişdir. Cəmiyyətin qazandığı uğur ona beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmək, digər ölkələrin təcrübəsindən yararlanmaq, qlobal səviyyədə tullantıların idarə olunmasının bütün aspektləri üzrə məlumat və təcrübə mübadiləsi etmək hüququnu verəcəkdir.
Bu barədə AZƏRTAC-a “Təmiz şəhər” ASC-nin mətbuat xidmətindən məlumat verilmişdir.
Məlumatda bildirilir ki, BBMTA ətraf mühitə zərər verməyən üsullardan istifadə etməklə qlobal səviyyədə tullantıların idarə olunmasının səmərəliliyini artırmaq üçün çalışan yeganə beynəlxalq təşkilatdır. Assosiasiyanın 70-dən çox ölkədə üzvləri, Cənubi Amerika, Asiya, Sakit okean ölkələri və Yaxın Şərqdə regional ofisləri vardır. BMT-nin Ətraf Mühitin Mühafizəsi Proqramı ilə tərəfdaşlıq edən bu təşkilatın Avropa Birliyi Komissiyasının tullantıların idarə edilməsi ilə bağlı bütün iclaslarında iştirak etmək hüququ vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]