Tennisçilərimiz Umayra Həşimova və Alina Qavriş fərdi yarışlarda növbəti mərhələyə adlayıblar
Bakı, 24 iyul, AZƏRTAC
Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının ikinci günündə iki tennisçimiz növbəti mərhələyə adlayıb.
AZƏRTAC xəbər verir ki, qızların şəxsi yarışlarında Alina Qavriş Belarus təmsilçisi Veranka Novikə 6:0, 6:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. Digər təmsilçimiz Umayra Həşimova isə belaruslu Aleksandrina Mamihadan üstün olub - 6:0, 6:0.
Millimizin üzvləri Ülviyyə Süleymanova Mozambik təmsilçisi Marieta Nhamitambaya, Samir Qafarov isə Yaraslav Şila məğlub olaraq fərdi yarışlarda mübarizəni dayandırıblar.
İyulun 27-dək davam edəcək yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Albaniya, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançıları birincilik uğrunda mübarizə aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]