Tərtərdə narkotik tərkibli bitkilər aşkarlanıb
Bakı, 21 iyun, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı rayonun işğaldan azad olunan Talış kəndi ərazisində 1 ton 210 kiloqram çəkidə 2200 çətənə kolu yandırılaraq məhv edilib.
Faktla bağlı təhqiqat aparılır.