Texasda Baydenin miqrantlarla bağlı proqramı dayandırılıb
Bakı, 27 avqust, AZƏRTAC
Texas məhkəməsi Bayden administrasiyasının ABŞ vətəndaşları ilə evli olan immiqrantlara leqal status verilməsi proqramını dayandıran qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Associated Press agentliyi bölgə hakimi Kempbell Barkerin qərarına istinadla məlumat yayıb.
Qərarın Texas da daxil olmaqla, 16 ştatın bu proqrama qarşı məhkəmə iddiası qaldırmasından bir neçə gün sonra verildiyi bildirilir. Belə ki, proqramın tətbiqi nəticəsində ABŞ-da 500 minə yaxın qeyri-qanuni miqrant, eləcə də onların 50 minə yaxın övladı leqal status ala bilər.
Texas rəsmiləri hesab edirlər ki, ştatda yaşayan çoxlu sayda “qanunsuz immiqrantlar” səbəbindən hər il on milyonlarla dollar xərclənir. Məhkəmə qərarında hakim ştatların proqrama qarşı arqumentlərini “əsaslı” adlandırır və onların “daha diqqətlə nəzərdən keçirilməsinin tələb olunduğunu” vurğulayır.
Agentliyin məlumatına görə, hakim Barkerin qərarı uzadılma ehtimalı ilə iki həftə qüvvədə olacaq.
Qeyd edək ki, miqrant böhranı ABŞ-da hazırkı seçkiqabağı kampaniyanın əsas müzakirə mövzularından biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]