TEZLİKLƏ AĞSTAFADA YENİ TİKİŞ FABRİKİ İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Ağstafa Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, “Akkord” Şirkətlər Qrupu tərəfindən inşa edilən və 1000 nəfərin çalışacağı tikiş fabrikində son tamamlama işləri görülür.
Müəssisədə fəhlələr üçün hər cür məişət şəraiti yaradılmışdır.