Tokayev BMT-də islahatların aparılmasına çağırış edib
Bakı, 6 iyun, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin, o cümlədən Təhlükəsizlik Şurasının strukturunda islahatların aparılmasına çağırış edib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə “The Hill” nəşrinə müsahibəsində bildirib.
Dövlət başçısı daimi beş üzv olan ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çindən başqa digər ölkələrin də səsvermədə iştirakının vacibliyini bildirib. Tokayev bu prosesə dəyişiklik edilməsini istəyib.
Qazaxıstan lideri qeyd edib ki, yalnız bu yolla BMT mövcud regional çağırışlarla daha effektiv mübarizə apara biləcək. Dünyanın üzləşdiyi əsas təhlükələr arasında o, pandemiyaları, iqlim dəyişikliyini və nüvə silahını sayıb.
“Biz müəyyən irəliləyiş əldə etmişik. Kollektiv tədbirlərin uğursuzluğu özümüzü tam məhv etməyə hər saniyə yaxınlaşdırır. Sülh üçün bizə verilən imkanı itiririk”, - deyə Tokayev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]