Tokioda Olimpiya Oyunları ərəfəsində idmançıların peyvəndlənməsi sürətləndirilir
Tokio, 23 may, AZƏRTAC
Tokioda Olimpiya Oyunlarının açılışına iki ay qalmış başqa ölkələrdən gəlmiş idmançıların, məşqçilərin və digər qonaqların koronavirusa qarşı peyvəndlənməsi sürətləndirilir.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Tokio Oyunlarının təşkilat komitəsi təhlükəsiz yarışların təşkilinə çalışdıqlarını bəyan ediblər. Bildirilir ki, bütün dünyada pandemiyanı nəzarət altına almaq mümkün olmadığı halda belə, BOK Olimpiya Oyunlarının keçirilməsi üçün əlindən gələni edir.
Qeyd edilir ki, yarışların təhlükəsiz təşkili məqsədilə bütün iştirakçılara Milli Olimpiya komitələri vasitəsilə “Pfizer” və digər peyvəndlərin təmənnasız çatdırılması nəzərdə tutulur.
BOK Prezidenti Tomas Bax bildirib ki, “Atletlər kəndi”ndə yaşayacaq idmançıların, məşqçilərin və digər iştirakçıların ən azı 80 faizinə yarışlar başlayanadək peyvənd vurulacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]