TOVUZDA HEYVANDARLIĞIN İNKİŞAFINA DİQQƏT ARTIRILMIŞDIR
Tovuz, 6 sentyabr ( AZƏRTAC ). Tovuz Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Niftalı Qasımov bildirmişdir ki, rayonda heyvandarlığın inkişafı üçün kifayət qədər otlaq sahəsi və yem bazası vardır.
Belə ki, rayona mal-qaranın və qoyun- keçinin qışlaması üçün Ceyrancöl ərazisində 72 min 776 hektar ərazi və coxlu sayda yataqlar təhkim edilmişdir. Yay mövsümünü isə heyvandarlar Daşkəsən rayonunun Xoşbulaq yaylağında keçirirlər. Burada maldarların istifadəsində 10 min hektardan artıq sahə vardır.
Buna görə də son zamanlar rayonda heyvandarlıq inkişaf edir. Cari ilin yanvar-avqust aylarında mal-qaranın sayı 728 baş artaraq 37 min 152 başa çatmışdır. Qoyun-keçi arasında artım daha coxdur. Onların sayı 1038 baş artaraq 208 min 708 baş olmuşdur.
Şəxsi təsərrüfatlarda artım diqqəti daha çox cəlb edir. Fermer Fərhad Məmmədov bildirmişdir ki, onun təsərrüfatında 10 baş mal-qara və coxlu sayda qoyun-keçi var. Bu yaxınlarda isə Lizinq yolu ilə Almaniyadan gətirilən 2 baş cins inək almışdır. Alınan malların dəyərinin yarısı dövlət tərəfindən ödənilmişdir. Fermerin sözlərinə görə, tikintisi bu yaxınlarda başa çatacaq sud zavodu da heyvandarlığın inkişafına təkan verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]