Tramp: ABŞ hökumətində müəyyən müddətlik şatdaun baş verə bilər
Vaşinqton, 20 sentyabr, AZƏRTAC
ABŞ hökuməti müəyyən müddətlik fəaliyyətini dayandıra bilər.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, bununla bağlı Demokratlar Partiyasının təmsilçiləri ilə danışıqlar davam edir, lakin müəyyən müddətlik şatdaun baş verə bilər.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası qismən şatdaunun (hökumətin fəaliyyətini dayandırması) qarşısını almaq üçün irəli sürülmüş qanun layihəsini qəbul edib. Qanun layihəsi hökumətin maliyyələşdirilməsini yeddi həftə uzatmaq və oktyabrın 1-də hökumətin qismən fəaliyyətini dayandırmasının qarşısını almaq üçün qısamüddətli xərclər haqqındadır.
Layihə daha sonra Senatda səsverməyə çıxarılsa da, tələb olunan 60 səsi toplaya bilmədiyi üçün qəbul olmayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:35]
İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
- 01.10.2026 [14:33]
Rusiya bir qrup macar diplomatını ölkədən çıxarır
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]