Tramp administrasiyası Los-Ancelesə göndərilən Milli Qvardiya əsgərlərinin sayını ikiqat artırıb
Vaşinqton, 10 iyun, AZƏRTAC
ABŞ administrasiyası Los-Ancelesə göndərilən Milli Qvardiya əsgərlərinin sayını ikiqat artırıb.
AZƏRTAC-ın xəbərinə görə, bu barədə Pentaqonun sözçüsü Şon Parnel məlumat yayıb. Qeyd olunub ki, miqrantların aksiyası ilə bağlı göndərilən Milli Qvardiya əsgərlərinin sayı 4100 olub.
Sözçü bildirib ki, qoşunlar İmmiqrasiya və Gömrük Xidmətini dəstəkləmək və federal hüquq-mühafizə orqanlarına öz vəzifələrini təhlükəsiz şəkildə yerinə yetirməsinə kömək etmək üçün orada olacaq.
Əmr yerli vaxtla bazar ertəsi axşam (Bakı vaxtı ilə çərşənbə günü erkən saatlarda) verildiyi üçün əlavə qoşunların gəlməsi bir və ya iki gün çəkə bilər.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]