Turistlər üçün elektron bələdçi xəritəsi hazırlanmışdır
Bakı, 16 fevral (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi “Turizm ili” çərçivəsində yeni elektron bələdçi xəritəsi olan “Guide Map” naviqasiya portalını hazırlamışdır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, “Guide Map” Azərbaycan ərazisinin rəqəmli coğrafi xəritəsidir. Burada ölkə ərazisində yerləşən kəndlər, şəhərlər, ünvanlı binalar, 50 mindən çox maraq nöqtələri, mədəniyyət və turizm obyektləri, abidələr öz əksini tapmışdır.
Layihənin əsas əhəmiyyəti onun portal şəklində həyata keçirilməsindən ibarətdir. Həm xarici vətəndaşlar, həm də yerli əhali bu portaldan istifadə etməklə Azərbaycanın coğrafiyası, mədəniyyəti, turizm obyektləri barədə istədiyi məlumatı əldə edə biləcəklər. Burada geniş axtarış imkanları mövcuddur.
Portal Naxçıvan Muxtar Respublikasının ərazisini də əhatə edir. Gələcəkdə bu sistemə muzeylərə, konsert saraylarına, teatrlara biletlərin alınması, restoran və kafelərdə yerlərin sifariş edilməsi kimi məsələlər də daxil ediləcəkdir.
Yaxın günlərdə portal ictimaiyyətə təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]