Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya - BDU-da beynəlxalq konfrans VİDEO

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Bakı Dövlət Universitetinin (BDU) ev sahibliyi, Türkiyənin Ankara Hacı Bayram Vəli Universiteti, Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Qarabağ Universitetinin tərəfdaşlığı ilə “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın, Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib, Türk dünyası uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış mərasimində BDU-nun rektoru Elçin Babayev bildirib ki, hazırda müasir dünya dərin transformasiya dövründən keçir. Qlobal iqtisadi dəyişikliklər, rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellektin gündəlik həyata təsiri, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və geosiyasi proseslər beynəlxalq münasibətlər sistemini yenidən formalaşdırır. Belə bir şəraitdə elm və təhsil müəssisələrinin məsuliyyəti daha da artmaqdadır. Çünki davamlı inkişafın əsasını məhz bilik, innovasiya və insan kapitalı təşkil edir. Bu baxımdan konfransın mövzusu olduqca aktual və strateji əhəmiyyət daşıyır: “Bu gün Türk dünyasında inteqrasiya prosesləri yeni mərhələyə qədəm qoyur. İqtisadi əməkdaşlıq, siyasi dialoq, nəqliyyat-logistika layihələri, enerji təhlükəsizliyi və texnoloji inkişaf sahələrində atılan addımlar ortaq gələcəyimizin formalaşmasına mühüm töhfə verir. Bu prosesdə universitetlərin və elmi-tədqiqat mərkəzlərinin rolu xüsusi əhəmiyyət kəsb edir. Çünki dayanıqlı inteqrasiyanın əsasında yalnız iqtisadi və siyasi maraqlar deyil, ortaq elmi düşüncə, mədəni yaxınlıq və intellektual əməkdaşlıq dayanır. Bugünkü konfrans çərçivəsində aparılacaq müzakirələr universitetlərimiz arasında inkişaf perspektivlərinə dair yeni yanaşmaların ortaya çıxmasına imkan yaradacaq”.

Rektor qeyd edib ki, Bakı Dövlət Universiteti beynəlxalq əməkdaşlığın inkişafına hər zaman xüsusi önəm verir. Universitetlər arasında elmi əlaqələrin gücləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyası BDU-nun prioritet istiqamətlərindəndir: “Əminəm ki, bu konfrans yeni elmi fikirlərin formalaşmasına, mühüm əməkdaşlıq əlaqələrinin qurulmasına və ölkələrimiz arasında elmi inteqrasiyanın daha da güclənməsinə əhəmiyyətli töhfə verəcək”.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib ki, Türk dünyası sadəcə ortaq keçmişin deyil, həm də ortaq gələcəyin adı kimi reallaşmağa başlayıb: “Türk dünyasının inteqrasiyasının təməl daşı Türkiyə-Azərbaycan qardaşlığıdır. Bu qardaşlıq tarixin, mədəniyyətin, dilin, taleyin və fədakarlığın yoğurduğu, tarixin süzgəcindən və sınaqlarından uğurla keçmiş sarsılmaz bir birlikdir. Türkiyə ilə Azərbaycanın ortaya qoyduğu strateji həmrəylik yalnız iki ölkənin deyil, bütün Türk dünyasının inteqrasiyasına nümunə olaraq bu prosesə öncüllük etməkdədir. Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin ortaya qoyduğu liderlik sayəsində Ankara ilə Bakı arasındakı əlaqələr tarixin ən yüksək səviyyəsinə çatıb. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn bu qardaşlıq münasibəti enerjidən müdafiəyə, nəqliyyatdan təhsilə, texnologiyadan mədəni diplomatiyaya qədər hər sahədə strateji dərinlik qazanıb. Bu gün TANAP təkcə boru xətti deyil, Türk dünyasının Avropaya açılan strateji damarlarından biridir. Bakı-Tbilisi-Qars dəmir yolu yalnız bir nəqliyyat layihəsi deyil, Türk dünyasının bir-birinə bağlanan yoludur. Zəngəzur dəhlizi isə Türk dünyasının fiziki inteqrasiyasının açarıdır. Türk dünyasının yüksəlişi yalnız geosiyasi deyil, texnologiya, innovasiya və insan kapitalı məsələsidir. Biz bu gün Türk dünyasının yeni bir intibahına şahidlik edirik. Əsas məqsədimiz Türk dünyasını texnologiya istehsal edən, qlobal dəyər zəncirinə istiqamət verən və innovasiya yaradan güclü bir mərkəzə çevirməkdir. Bu yolda universitetlərimizin, tədqiqat mərkəzlərimizin, gənclərimizin, ümumilikdə isə bütün akademik ictimaiyyətimizin üzərinə böyük məsuliyyət düşür”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri professor Hicran Hüseynova isə Azərbaycan-Türkiyə münasibətlərində elm sahəsində layihələrin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, iki ölkə arasındakı inteqrasiyanın xüsusilə də elm sahəsində çox güclü gələcəyi var.

Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner Türk dünyasında transformasiya və inteqrasiyanın son illərdə həm siyasi, həm də akademik olaraq daha çox əhəmiyyət qazandığını vurğulayıb. O bildirib ki, Türk dünyasının inteqrasiyası ortaq tarix, dil və mədəniyyət əlaqələri üzərində qurulub. Bunun nəticəsində də iqtisadi, mədəni və siyasi əlaqələr genişlənməkdədir: “Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikri birliyimiz baxımından çox mühüm bir yol xəritəsidir. Bu yolda çalışmaq ən böyük məsuliyyətimizdir. Üç dövlət, bir millət olaraq birliyimizin, bərabərliyimizin, həmrəyliyimizin nəticəsində təşkil edilən bu konfransın işinə uğurlar arzulayıram”.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Girne Amerikan Universitetinin rektoru Serdar Yurtsever, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Ankara Hacı Bayram Veli Universitetinin prorektoru Kürşat Göktürk çıxışlarında konfransın Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin alimlərini bir araya gətirən mühüm platforma olduğunu bildirib, konfransın ortaq elmi tədqiqatlara töhfə verəcəyini vurğulayıblar.

Konfrans “Türk dünyası inteqrasiya” adlı xüsusi panel iclası ilə davam edib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri, professor Hicran Hüseynova, Girne Amerikan Universitetinin rektoru, professor Serdar Yurtsever, Ankara Hacı Bayram Vəli Universitetinin professoru Fırat Purtaş məruzə ediblər.

Günün ikinci yarısı və sabah gün ərzində konfrans bölmələr üzrə fəaliyyət göstərəcək. Mayın 8-də isə konfransın onlayn bölmə iclasları keçiriləcək.

Beynəlxalq konfrans çərçivəsində iqtisadi inkişaf modelləri, regional inteqrasiya prosesləri, geosiyasi transformasiyalar, rəqəmsal texnologiyalar, innovasiya siyasəti, süni intellektin inkişaf perspektivləri, enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri və müasir beynəlxalq münasibətlər sistemində Türk dünyasının rolu kimi aktual mövzular ətrafında elmi müzakirələr aparılacaq.

Müxbir – Aysel Azadqızı
Videooperator – Şövqi Əzizov
Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya - BDU-da beynəlxalq konfrans VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daxili İşlər Nazirliyi və ADA Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb

SOCAR tərəfindən IP-nin səhmlərinin alınması prosesi tamamlanıb

Pedaqoji Universitetlə Coğrafiya İnstitutu arasında anlaşma memorandumu imzalanıb

Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu Afrika ölkələri ilə ticarət əlaqələrinin inkişafı üçün yeni imkanlar açır

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans

“Neftçi” basketbol klubunda baş məşqçi dəyişikliyi ola bilər

Regionda davamlı sülhün qurulması üçün hadisələrə tarixi kontekst çərçivəsində yanaşmaq vacibdir - ŞƏRH

Mayın 11-i "802 Qaynar Xətt"i vətəndaşlara xidmət göstərəcək

“Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” - UNEC-də elmi-praktik konfrans

FAO: Apreldə qlobal ərzaq qiymətləri indeksi artıb

Məhkumlara hüquqi yardım göstərilib

Şəhərsalma ilə bağlı ictimai dinləmənin nəticələri aidiyyəti dövlət qurumlarına təqdim olunacaq

Bolnisidə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunub

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaqla, həm də uşaqlığıma, gəncliyimə qayıtdım

İtaliya Azərbaycanın maraqlarını müdafiə edən əsas dövlətlərdən biridir – ŞƏRH

BDU-da “Azərbaycan” auditoriyası açılıb

AFFA Premyer Liqa və avrokuboklarda iştirak üçün lisenziya verilən klubların siyahısını açıqlayıb

Müasir silahlar, zirehli texnika və yüksək hazırlıqlı şəxsi heyət – Media nümayəndələri Azərbaycan Ordusunun imkanları ilə tanış olublar VİDEO

Xızı rayonunun Fındığan kəndinin sakinləri içməli su ilə təmin olunub

Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda vacib xallar itirib

Tarixçi-alim: Bakının “Qəhrəman şəhər” adına layiq görülməməsi tarixi ədalətsizlikdir

Vahid dövlətlərarası kataloqlaşdırma sisteminin yaradılması məsələlərinə nəzər salınıb

Naxçıvanda Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə aparılıb

Vergi Xidmətinin rəis müavini vətəndaşların müraciətlərini dinləyib

SOCAR: Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursunda milli enerji strategiyası xüsusi yer tutur

“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub

Handpan ifaçısı: İfa etdiyim melodiyaları ərş adlandırıram VİDEO

Handpan ifaçısı: İfa etdiyim melodiyaları ərş adlandırıram VİDEO

Azərbaycandan Türkiyəyə ixrac 786 milyon dollara yaxınlaşıb

“Caspian Agro Week” sərgisində Aqronomların II Beynəlxalq Forumu keçirilib

Yaroslav Kovalçuk: Azərbaycan məhsulları haqlı olaraq yüksək keyfiyyəti ilə seçilir

Müdafiə Nazirliyində media nümayəndələri ilə təlim-treninq təşkil olunub VİDEO

Müdafiə Nazirliyində media nümayəndələri ilə təlim-treninq təşkil olunub VİDEO

“İşləyən və təxsis (bron) edilmiş hərbi vəzifəlilərin sayı haqqında” 6 №-li illik statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 11 dekabr tarixli 51/01 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Marko Rubio: Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar dayanıb

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib

Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib

AzTU ilə İtaliyanın Milano-Bikokka Universiteti əməkdaşlığı genişləndirəcək

Dövlət Sərhəd Xidməti Akademiyasının 15 illik yubiley buraxılışı olub

Qlobal buğda istehsalı bu il 2 faiz azalacaq

Gənc pianoçu Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək

Bolqarıstanda Ümummilli Liderin 103-cü illiyi qeyd edilib

Cənub bölgəsində ekoloji tarazlıq antropogen təsirlər nəticəsində pozulur – tədqiqat

Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub

DİN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Naxçıvanda futzal üzrə “Heydər Əliyev Kuboku”nda 20 komanda mübarizə aparacaq

Şakira futbol üzrə 2026-cı il dünya çempionatının mahnısının anonsunu edib

AzTU və TAU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər

İsveçdə uşaqlarda fıstığa olan allergiya hallarını azaltmağın yolu tapılıb

“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” - Forum

“Müasirlik və arxaika”: Elmir Mirzəyevin kitabı folklorşünasların tədqiqat müstəvisində

Samuxda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Türkiyə Prezidenti: “SAHA Expo 2026”da 8 milyard dollarlıq ticarət həcminə nail olunub

Botsvananın sabiq Prezidenti 86 yaşında vəfat edib

ABB İslam maliyyəsi ilə bağlı məhsulunu təqdim etməyə hazırlaşır

ABŞ-nin İran yük gəmisinə endirdiyi zərbə nəticəsində beş dənizçi itkin düşüb

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub

Səfir: Belarus ilə Azərbaycan arasında ərzaq məhsullarının qarşılıqlı tədarükü 1,5 dəfə artıb

Voleybolçularımız Avropa Liqasına necə hazırlaşırlar? – Təlim-məşq toplanışından REPORTAJ

Prezident Kitabxanasında Ulu Öndərin 103 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Bolqarıstanda yeni hökumət formalaşıb

Ədəbiyyat Muzeyində Ümummilli Liderin irsinə elmi baxış

Gürcüstanda hüquq-mühafizə orqanlarının 5 əməldaşı həbs olunub

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob VİDEO

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob VİDEO

Cənubi Qafqazda yeni iqtisadi reallıq: Azərbaycanın enerji siyasəti regionda sabitliyi gücləndirir - AÇIQLAMA

BMT Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edib

Myanmada 2,2 kiloqram ağırlığında yaqut tapılıb

İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium

AZƏRTAC-da Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub

“Əl Ərəbiyə”: Səudiyyə Ərəbistanı hücum hərbi əməliyyatları üçün öz hava məkanından istifadəyə icazə verməyib

Ekspert: Pik saatlarda yüklənmə probleminin azaldılması üçün ictimai nəqliyyat düzgün şaxələndirilməlidir

® “AccessBank” “AmCham” və “Neurotime” süni intellekt hakatonu təşkil edir

Azərbaycan xalqının arxa cəbhədə qələbəyə verdiyi töhfələr misilsizdir - ŞƏRH

Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb

Azərbaycanı U-17 Avropa çempionatında təmsil edəcək güləşçilər bəlli olub

WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək

Xınalıqda yenə qar yağır - FOTO  VİDEO

Xınalıqda yenə qar yağır - FOTO VİDEO

Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

“Qarabağ”ın futbolçusuna 8, məşqçisinə 6 oyunluq cəza verilib

Naxçıvanda Ümummilli Liderin doğum gününə həsr olunmuş şahmat turnirinin qalibləri bəlli olub

Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələr investorlar üçün əlverişli biznes mühiti formalaşdırır

® “Expressbank”da Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası

Marko Rubio: ABŞ İrandan bu gün cavab alacağını gözləyir

Türk xalqları folklorunda ortaq komik personajlar - elmi seminar

Qəzzanın bərpası onilliklərlə çəkə bilər: cəmi 1 faiz təmizlik işi aparılıb

“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

Abbas Əraqçi: ABŞ diplomatik həll yoluna deyil, hərbi macəraya üstünlük verir

Qəbələdə keçirilən konfransda Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışılıb

Anaklaudia Rossbax: Azərbaycan WUF13-də həm regionun tərəfdaşlarını bir araya gətirir, həm də öz təcrübəsini ortaya qoyur - MÜSAHİBƏ VİDEO

Anaklaudia Rossbax: Azərbaycan WUF13-də həm regionun tərəfdaşlarını bir araya gətirir, həm də öz təcrübəsini ortaya qoyur - MÜSAHİBƏ VİDEO

Dövlət müəssisələrinin bazar davranışlarının tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb

BƏƏ Müdafiə Nazirliyi: İranın raket və dron hücumları nəticəsində üç nəfər yaralanıb

Veteranlar arasında minifutbol turnirinin qalibləri mükafatlandırılıb

Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb

® “Vistar” Mükəmməllik Mərkəzində ikinci dalğanın “Məzun günü” keçirilib

Şabranda vətəndaşların müraciətləri dinlənilib

Heydər Əliyev və Azərbaycan təbiəti – elmi simpozium

İctimai Birlik sədri: Yağış sularından yaşıllıqların suvarılmasında istifadə edilməsi səmərəli olar

ABŞ iraqlı məmuru İrana sanksiyalardan yayınmağa şərait yaratmaqda ittiham edir

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 395-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Siyəzəndə sahibkarlar dövlətin dəstək mexanizmləri barədə məlumatlandırılıb