TÜRKDİLLİ ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARI NAXÇIVANDA ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT ETMİŞLƏR
Naxçıvan, 2 oktyabr (AZƏRTAC). Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün Naxçıvanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev oktyabrın 2-də türk dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət etmişlər.
Dövlət başçılarının hər birinin adından abidənin önünə əklil qoyulmuşdur.
######
![]() |
![]() |
![]() |


