TÜRKİYƏ BAŞ NAZİRİNİN ABŞ-A SƏFƏRİ
Ərdoğan əvvəlcə, Nyu-York şəhərinə gəlmişdir. Burada ona Sent Cons Universitetinin fəxri doktor diplomu verilmişdir. Sonra o, ABŞ-da fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşmüşdür. “Valdorf Astoriya” mehmanxanasının konfrans salonunda keçirilən görüşdə ABŞ-ın tanınmış bank və maliyyə qurumlarının nümayəndələri iştirak etmişlər.
Baş nazir sonuncu Osmanlı sultanı II Əbdülhəmidin ABŞ-da yaşayan nəvəsi Osman Ərtoğrul ilə də görüşmüşdür.
Vaşinqtonda Türkiyənin Baş nazirinin ABŞ Prezidenti Corc Buş, dövlət katibi Kolin Pauell və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılmışdır.
Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfəri böyük bir təbliğat kampaniyası ilə müşayiət olunur.Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri, özəl şirkətlər Nyu-York şəhərində 300-dən çox avtobusun üzərinə reklam plakatları yerləşdirmişlər. ABŞ-ın nüfuzu “Si-En-En”, “Si-Bi-Es”, “En-Bi-Si”, “Foks” televiziya kanallarında Türkiyənin turizm bölgələri, xristian-müsəlman dini ilə əlaqədar tarixi məkanları, tarix və mədəniyyət abidələri haqqında qısametrajlı reklam filmləri göstərilir.